30-05-2024, 18:34 585

Hesablama Palatası Naxçıvanın Kənd Təsərrüfatı Nazirliyində nöqsanlar aşkar edib

Hesablama Palatası Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və tabeli qurumlarına dövlət büdcəsindən ayrılan vəsaitlərin və digər dövlət əmlakının istifadəsi və idarə olunmasının uyğunluq auditi aparıb.

"AVESTA.AZ" bu barədə Palataya istinadən xəbər verir.

Məlumata görə, audit 2023-cü ili əhatə edib. Audit nəticəsində əsasən aşağıdakılar müəyyən edilib:

Əvvəlki illərdə yol verilmiş artıq və qanunsuz xərclərin aradan qaldırılması ilə əlaqədar Nazirlik və tabeli qurumlarda struktur və kadr dəyişikliyi aparılıb, kənd təsərrüfatı sahəsində hüquqi aktların tələblərinə uyğun fəaliyyətin qurulması və Muxtar Respublikada bitkiçilik və heyvandarlıq sahəsində təsərrüfatların qeydiyyatının dürüstləşməsi işlərinə başlanılıb, baramaçılığın bərpası istiqamətində yeni bağlar salınıb.

2023-cü ildə Nazirliyin və tabeli qurumlarının illik smetası 33 395,9 min manat proqnozlaşdırılmış və il ərzində cəmi 35,3 %-i yəni 11 788,9 min manat xərc icra edilib. “Qeyri-dövlət müəssisələrinə subsidiyalar” xərc istiqaməti üzrə 20 500 min manat smeta təsdiq edilib və 6 005,6 min manat, yəni 29,3 % xərc icra edilib, “Dövlət müəssisələrinə subsidiyalar” xərc istiqaməti üzrə isə 250 min manat vəsait ümumiyyətlə icra edilməyib. Proqnozlaşdırmanın və aqrar sahənin uçot-statistik hesabatlığının qənaətbəxş olmaması icranın aşağı faizini şərtləndirib.

Nəzərdə tutulmadığı halda, 2023-cü il üzrə subsidiya üçün ayrılmış vəsaitlərdən 2019-cu ilin sənədlərinə əsasən 637,8 min manat məbləğində arı subsidiyasının və 2022-ci ilə görə isə 14,9 min manat məbləğində tütünçülük üçün məhsul subsidiyasının ödənişi həyata keçirilib.

Sığortalanmalı olan bitkilərin becərilməsinə görə qanunvericiliyin tələblərinə uyğun olaraq sığorta müqaviləsi bağlanılmadan, 321 şəxsə ümumilikdə 6 353,2 hektar sahə üçün 1 397,7 min manat əkin subsidiyası ödənilib.

2023-cü ildə müvafiq səlahiyyətlər müəyyən edilmədiyi halda Nazirliyin müvafiq əmrləri ilə tabeli qurumları arasında maliyyə vəsaitlərinin ötürülməsi həyata keçirilməklə tabeli qurumların ehtiyaclarını və kreditor borclarını bağlamaq üçün ayrı-ayrı vaxtlarda ümumilikdə 658,7 min manat vəsait ödənilib (bu vəsaitin 470 min manatı audit dövründə bərpa edilib).

Nazirliyin tabeli qurumunun anbarına baxış keçirilərkən 35,8 ton mineral gübrənin faktiki anbar qalığından artıq olduğu və inventarizasiya zamanı mühasibatlıq sənədlərində bu barədə qeydiyyatın aparılmadığı müəyyən edilib.

Nazirliyin tabeli qurumunun bazasında sərgilənən 11 adda, ümumi dəyəri 266,9 min manat olan kənd təsərrüfatı təyinatlı texnika və avadanlıqların təhvil-təslim aktı tərtib edilməsinə və satış məqsədi ilə təhvil verilməsinə baxmayaraq, satışın qanunvericiliyə uyğun rəsmiləşdirilməsi və texnikaların dəyərinin mühasibat sənədlərində debitor borc kimi qeydiyyata alınması təmin edilməyib.

Nazirliyin əsasən təsərrüfathesablı tabeli qurumları üzrə “Dövlət satınalmaları haqqında” qanunun və bəzi hallar üzrə (9 580 manat) elektron qaimə-fakturaların təqdim edilməsi ilə bağlı qanunvericiliyin tələblərinə əməl edilməsi vəziyyəti qənaətbəxş olmayıb, həmçinin bu qurumlar üzrə büdcədənkənar vəsaitlər üçün xəzinədarlıq orqanında müvafiq hesabın açılması ilə bağlı müraciətin olmadığı, gəlir və xərc smetaları təsdiq edilmədən vəsaitlərin müstəqil bank hesabından xərclənməsinə yol verildiyi aşkar edilib.

Auditin nəticələrinə əsaslanmaqla, Hesablama Palatası audit dövründə büdcəyə bərpaları, görülmüş işləri nəzərə alaraq, audit zamanı aşkar edilmiş nöqsanların aradan qaldırılması, maliyyə hesabatlarında və ilkin təsdiqedici sənədlərdə müvafiq düzəlişlərin edilməsi, qalıq vəsaitlərin bərpası, xərclərin təyinatı üzrə istifadəsinə nəzarətin gücləndirilməsi və digər təbirlərlə bağlı qərarını kənar dövlət maliyyə nəzarəti obyektinə, həmçinin auditlə bağlı müvafiq məlumatları Naxçıvan Ali Məclisinə, Nazirlər Kabinetinə və İqtisadiyyat Nazirliyinə təqdim edib.

Paylaş

Xəbər lenti

"Marafon" İK dünyanın aparıcı klubları arasında gücünü sınayacaq Bu gün, 01:18 KİV: İran amerikalılara qarşı hücumlar hazırlayır Bu gün, 00:48 Tovuzda bıçaqlanan iki nəfərdən biri ölüb Bu gün, 00:48 Qubadlı şəhərinin işğaldan azad edilməsindən 6 il ötür Bu gün, 00:48 Dayıoğlu bibioğlundan şikayətçidir: "Pul lazım idi, satmışam, yaxşı eləmişəm" Dünən, 23:48 Gürcüstanda məktəbə hücum planlaşdıran yeniyetmələr saxlanılıb Dünən, 23:48 İlon Mask: Ukrayna "Starlink"dən istifadə qaydalarını pozub Dünən, 23:48 Canni İnfantino İlham Əliyevə xatirə hədiyyələri verdi Dünən, 23:48 CNN: ABŞ Yaxın Şərqdən diplomat və onların ailələrini təxliyə edir Dünən, 22:48 Bakıda bu bağçada uşaqlara qarşı edilən zorakılıq DİN tərəfindən araşdırılır Dünən, 22:48 Famil Xəlilov: "Prezidentin komandanı təbrik etməsi futbolçulara əlavə motivasiya verəcək" Dünən, 22:48 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu Dünən, 22:48 Azərbaycanın Qazaxıstandakı səfirliyi finala yüksələn güləşçilərimizə uğurlar arzulayıb Dünən, 22:48 Sumqayıtda su fontan vurdu Dünən, 22:48 Xamenei idarəetmədə müasir texnologiyalardan istifadəni tapşırıb Dünən, 21:48 "Neftçi" ev oyunuda "Turan Tovuz"a qalib gələ bilməyib Dünən, 21:48 Bakıda Zeytun Festivalının rəsmi açılışı olub Dünən, 21:48 Zelenski Ukraynada "Starlink"in işinin bərpa olunduğunu bildirib Dünən, 20:48 Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldılar - DTX-dən əməliyyat Dünən, 20:48 FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasimi keçirilib Dünən, 20:48 Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib Dünən, 20:48 Dünya çempionatı: Azərbaycanın iki güləşçisi finala vəsiqə qazanıb Dünən, 20:48 Fransada etiraz aksiyasında gərginlik: Gözyaşardıcı qazdan istifadə edildi Dünən, 20:48 Kartdan-karta pul köçürənlərə vacib xəbər Dünən, 19:48 "Fars": Hörmüzdə neft tankerində partlayış baş verib Dünən, 19:48 İranda casusluq ittihamı ilə iki nəfər həbs olunub Dünən, 19:48 Ceyhun Cəlilov Ordubadda vətəndaş qəbulu keçirib Dünən, 19:48 Bakıda bu bağçada uşaqlara zorakılıq edilir - İDDİA Dünən, 18:48 57 yaşlı müğənni vəfat etdi Dünən, 18:48 Azərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşu 18 %-dən çox artıb Dünən, 18:48 İki uşaq anası Dağüstü parkda sevgilisini qarət etdi - Təfərrüat Dünən, 18:48 Premyer Liqa: "Kəpəz" "Şəfa"nı məğlub edib Dünən, 18:48 İllər əvvəl silahlı hücuma məruz qalan İbrahim Tatlıses 40 gün bu filmi izləyib Dünən, 18:48 Azərbaycan Basketbol Liqası: "Ordu" NTD-ni məğlub edib Dünən, 17:48 Fransada etirazlarda 135 nəfər saxlanılıb, asayişin təmin edilməsinə 70 min polis cəlb ediləcək Dünən, 17:48 "Arsenal"ın ulduzu uzun müddətə sıradan çıxdı Dünən, 17:48 İki nəfərin öldüyü "Sabunçu keçidi"ndə hansı tədbirlər görülüb? Dünən, 17:48 Avropa çempionatının təsnifat mərhələsi: Azərbaycanın U-20 voleybol millisi ikinci oyunda məğlub olub Dünən, 17:48 Bakıda bu bağçada uşaqlara zorakılıq edilir: Döyülür, hədə-qorxu gəlinir - İDDİA Dünən, 16:48 Ötən gün xəstəxanaya yerləşdirilən 81 yaşlı müğənni evə buraxıldı Dünən, 16:48 Roza Zərgərlinin qızı BenAy mahnı təqdim etdi Dünən, 16:48 Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı Dünən, 16:48 Avropa Taekvondo İttifaqının birinci vitse-prezidenti Bolqarıstanda qətlə yetirildi Dünən, 16:48 Ötən gün axtarışda olan 127 nəfər saxlanılıb Dünən, 16:48 "Premium Residence" MTK-dan ağacların kəsilməsi iddialarına cavab Dünən, 15:48 Babişin Azərbaycana təklif etdiyi təyyarələri İrəvan niyə alır? Dünən, 15:48 Bakıda kütləvi davada öldürülən Ceyhunun oğlu MMA döyüşçüsüdür Dünən, 15:48 Dilarə Əliyevaya vəzifə verildi Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR