30-05-2024, 23:53 519

Qərbi Azərbaycan Xronikası: Ermənistanın Gürcüstana və İrana qarşı ərazi iddiaları

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

“Report” xəbər verir ki, "Ermənistanın Gürcüstana və İrana qarşı ərazi iddiaları" adlı süjetdə Ermənistanın baş naziri Nikol Paşinyanın dəfələrlə dilə gətirdiyi və siyasi xətt olaraq seçdiyi "Tarixi Ermənistan real Ermənistan üçün təhlükədir" tezisinə yer verilib.

Bildirilib ki, Paşinyan "real Ermənistan", yəni qondarma miflərin və ərazi iddialarının olmadığı bir ölkə qurmaq niyyətindədir:

"Əslində erməni baş nazir ölkəsinin gələcək mövcudluğunun bundan asılı olduğunu anlayır və erməniləri ağıllandırmaq istəyir. Çünki Qərbi Azərbaycan torpaqlarında Ermənistan adlı dövlət quran erməni millətçilər saxta tarix üzərindən "böyük Ermənistan" ideologiyası yaradıb və bu gün bütün qonşu ölkələrin həm tarixinə, həm də ərazisinə göz dikib".

Qeyd olunub ki, ermənilər təkcə bizə qarşı yox, həm Gürcüstana, həm də İrana qarşı da eyni iddiaları irəli sürürlər:

"Ermənilər Gürcüstanda "svan və meqrel" kartını da daim əllərində rıçaq olaraq saxlayıb, hətta etnik separatizmi körükləmək cəhdləri də ediblər. Qondarma "Sameqrelo respublikası" iddiasına ən çox dəstək verən də erməni diasporu və millətçiləri olub".

Vurğulanıb ki, bu gün Ermənistanda keşiş Baqrat Qalstyanın rəhbərliyi ilə etiraz hərəkatının başlaması, Paşinyana qarşı aparılan anti-təbliğat məhz Qərbi Azərbaycan məsələsi üzərində qurulur. Belə ki, Fransadakı erməni diasporunun əsas rəhbərlərindən olan daşnak Murad Papazyan iddia edib ki, Qazaxın dörd kəndinin qaytarılması Zəngəzurun, Geqrnukin və İrəvanın qaytarılması, nəhayət Ermənistanın Qərbi Azərbaycana çevrilməsidir. ABŞ-də "Ay Data" erməni milli komitəsinin mətbuat katibi Elizabet Çuljiyan da iddia edib ki, Azərbaycanın növbəti hədəfi Zəngəzur və Göyçə mahalıdır. O, bunun qarşısını almaq üçün Paşinyanı devirməyə çağırış edib. Aydındır ki, qərbi azərbaycanlıların tarixi yurdlarına qayıtması hüququ Ermənistan daxili siyasətində mübarizə elementinə çevrilib. Lakin Ermənistan hakimiyyətinin erməni miflərini dağıtmaq istiqamətində inamlı addımları Paşinyanın hələ də güclü tərəf olduğunu təsdiq edir".

Sonda vurğulanıb ki, Ermənistan 1918-ci ildə Azərbaycan torpaqları hesabına yaradılıb və həmin vaxt ərazisi cəmi 10 min kvadratkilometr olub:

"SSRİ dövründə Zəngəzur, Göyçə kimi tarixi torpaqlarımız Ermənistana birləşdirilib. Ona görə də Azərbaycan məhz 1920-ci illərin xəritələrini aktuallaşdıra, real Ermənistanın 1918-ci ildəki ərazilərdə mövcudluğunu irəli sürə və sovetlər dövründə ermənilərə verilən Qərbi Azərbaycan torpaqlarını tələb edə bilər. Bu halda azərbaycanlıların evlərinə qayıdışını Azərbaycan dövləti özü həll edəcək. Yaxud Ermənistan soydaşlarımızın yurdlarına qayıdışını təhlükəsiz şəraitdə təmin edə, bununla da dövlət kimi ən azı mövcudluğunu qoruya bilər. Əks təqdirdə, "real Ermənistan"ın ərazisi 10 min kvaratkilometrə qədər azala bilər".

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Paylaş

Xəbər lenti

Həsənin ölümünün pərdəarxası: Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? Dünən, 23:48 Putin: Xəzər dənizinin dayazlaşması narahatlıq doğurur Dünən, 23:48 Bakıda iki böyük prospektin yükü azalacaq: İşlər bitmək üzrədir Dünən, 23:48 Atobuslar niyə düzgün park edilmir? Dünən, 23:48 Babək rayonunda baş verən qəzada beş nəfər xəsarət alıb Dünən, 23:48 Bir telekanalın yayımı dayandırıldı Dünən, 22:48 Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib Dünən, 22:48 Özcan Deniz, Burcu Özberk və Deniz Çakırın ifadələri mətbuata açıqlandı Dünən, 22:48 Gecələr az yatmağın səbəbi bu vitamin çatışmazlığı ola bilər - ARAŞDIRMA Dünən, 22:48 Simonyan Azərbaycana səfəri zamanı ikitərəfli məsələləri müzakirə etmək niyyətindədir Dünən, 22:48 Urudun susdurulan yaddaşı: Daşlara həkk olunan tarix Dünən, 21:48 Gələn il maaşdan nə qədər vergi tutulacaq? - AÇIQLAMA Dünən, 21:48 Ruslan Ənvərliyə vəzifə verildi Dünən, 21:48 Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi Dünən, 20:48 Maşın almaq istəyənlərə MÜJDƏ - Bu tarixdə dəyərindən çox ucuz avtomobillər satışa çıxarılacaq Dünən, 20:48 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək Dünən, 20:48 Arvadını iki kişi ilə yaxalayan 49 yaşlı iş adamı evində ölü tapıldı Dünən, 20:48 SOCAR-da ilin ilk 6 ayı üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə edilib Dünən, 20:48 Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib Dünən, 19:48 "Sabah"a 2 qol vuran Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib Dünən, 19:48 Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb Dünən, 19:48 Bu ərazidə 960 şagirdlik yeni məktəb-lisey TİKİLƏCƏK Dünən, 19:48 AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Dünən, 19:48 "Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır Dünən, 19:48 "Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Dünən, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Dünən, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Dünən, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Dünən, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Dünən, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Dünən, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Dünən, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Dünən, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Dünən, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Dünən, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Dünən, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Dünən, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Dünən, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Dünən, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Dünən, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Dünən, 17:48 57 yaşlı Cennifer Lopez belə formada qalır Dünən, 17:48 Qazaxıstanda təhlükəli virus yayılması barədə iddialara cavab verildi Dünən, 17:48 Avropa ölkəsində elektrik enerjisi çatışmazlığı riski artıb Dünən, 17:48 Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Dünən, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Dünən, 16:48 Məşhur xanəndənin qayınanası: "Adını eşidən kimi sevinirəm" Dünən, 16:48 Azərbaycan neft ixracından gəlirlərini 12 %-dən çox artırıb Dünən, 16:48 Azərbaycanda nəvə babasının evini qarət etdi Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR