10-09-2022, 12:00 587

Füzuli-Ağdam avtomobil yolunun inşası sürətlə davam edir

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın 2021-ci il oktyabrın 17-də Füzuli rayonuna səfəri zamanı təməli qoyulan Ağdam-Füzuli avtomobil yolunun inşası sürətlə davam edir.

"AVESTA.AZ" xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilir ki, sözügedən yol Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq layihələrindən biri sayılır.

"Uzunluğu 64,8 km, hərəkət hissəsinin eni 15 metr təşkil edəcək yol 4 hərəkət zolaqlı olmaqla tikilir. Yol çiyinlərinin eni hər bir istiqamətdə 3,75 metr, ayırıcı zolağın eni 2 metr olmaqla yol yatağının eni 26,5 metr təşkil edir. I texniki dərəcəli olacaq yolda layihə üzrə 380 metr uzunluğunda istinad divarının inşası da aparılır.

Hazırda Ağdam-Füzuli avtomobil yolunda torpaq işlərinin icrası çərçivəsində yararsız qruntun çıxarılması, yatağın genişləndirməsi, 26,5 metr enində yeni yol yatağının, yol yatağı hazır olan hissələrdə yol əsasının tikintisi, həmçinin kommunikasiya xətlərinin köçürülməsi işləri davam etdirilir.

Artıq yolun 59,3-64,8-ci kilometrlik hissəsində yol əsasının tikintisi yekunlaşmaq üzrədir.

Yol boyunca layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif ölçülü suötürücü borular, su keçidləri, həmçinin zəruri olan yerlərdə yeraltı və kommunikasiya xətləri üçün nəzərdə tutulan ehtiyat keçidlərinin tikintisi aparılır.

Bundan başqa layihə üzrə nəzərdə tutulan yolun 0,2, 5,7, 37 və 63-cü kilometrlik hissəsində 4 avtomobil körpüsünün inşası da davam edir. Körpülərdə svay, betonlanma və dayaqların tikintisi işləri icra olunur", - məlumatda deyilir.

Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilir. Tikintinin tərtib olunmuş qrafikə uyğun 2023-cü ilin sonunadək yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib.

AAYDA bildirir ki, Bərdə-Ağdam avtomobil yolunun davamı olan Ağdam-Füzuli avtomobil yolu Ağdam, Ağcabədi, Füzuli rayonları ərazisindən keçir: "Yolun inşası Bərdədən Ağdam və Füzuliyədək, həmçinin əks istiqamətdə rahat gediş-gəlişi təmin edəcək, yol boyu sosial-iqtisadi inkişafa müsbət təsir göstərəcək".

Paylaş

Xəbər lenti

Kremldən Putin və Trampın gizli danışığı ilə bağlı zarafat Bu gün, 22:48 Çağatay Ulusoy ata yurdunda - ailəsi ilə FOTOSU Bu gün, 22:48 Avropa İttifaqı Rusiya vətəndaşları üçün viza qaydalarını sərtləşdirə bilər Bu gün, 22:48 İran ABŞ-nin BƏƏ və Hörmüz boğazı ətrafındakı obyektlərini hədəfə ala biləcəyini açıqlayıb Bu gün, 21:48 Kiyevdə Cənub körpüsünə dron əleyhinə torlar quraşdırılıb Bu gün, 21:48 Amerikan kəşfiyyat təyyarəsi Krım yaxınlığında görüntülənib Bu gün, 21:48 İpoteka kreditləri artır, mənzil bazarında hansı risklər yaranır? Bu gün, 20:48 Zelenski seçki keçirməyə razıdır: 60 günlük atəşkəs şərti qoydu Bu gün, 20:48 Roma Papası ağciyərindəki törəməyə görə əməliyyat olunacaq Bu gün, 20:48 Tramp Rusiya və Ukraynanın enerji atəşkəsinə razılaşdığını açıqlayıb Bu gün, 20:48 Premyer Liqa: "Qarabağ" "İmişli"yə qalib gəlib Bu gün, 19:48 Qırmızı dənizdə miqrantları daşıyan gəmi batıb: 109 nəfər ölüb Bu gün, 19:48 Messi millidən qələbə ilə ayrıldı, Ronaldunun 7 nömrəli forması əlindən alındı Bu gün, 19:48 Avtomobil yollarında görünüş məsafəsi MƏHDUDLAŞACAQ Bu gün, 19:48 Ferstappen Sinqapur Qran-prisinin qalibi olub Bu gün, 19:48 Fastfudun təhlükəsiz istehlak norması açıqlanıb Bu gün, 18:48 Kabildə keçirilən sərgidə 400 milyon dollarlıq sazişlər imzalanıb Bu gün, 18:48 Biləsuvarda bir neçə avtomobil toqquşdu: Ölən var Bu gün, 18:48 Sabah Culfanın 13 kəndində işıq olmayacaq Bu gün, 18:48 Heyvanlara işgəncəyə görə hansı cəzalar nəzərdə tutulur? Bu gün, 17:48 Azərbaycanın boks millisi Avropa çempionatında daha bir medal qazanıb Bu gün, 17:48 Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib Bu gün, 17:48 Pakistan ordusu Əfqanıstan sərhədində 12 silahlını zərərsizləşdirib Bu gün, 17:48 Tovuzda qadın dəm qazından boğularaq öldü Bu gün, 16:48 Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb Bu gün, 16:48 Həkim dərmandan ZƏHƏRLƏNDİ Bu gün, 16:48 Əməkdar jurnalist vəfat edib Bu gün, 16:48 Stiven Siqal dördüncü həyat yoldaşından ayrılıb Bu gün, 15:48 ABŞ qırıcısı yük gəmisini belə vurdu: CENTCOM-dan açıqlama Bu gün, 15:48 Otağa icazəsiz daxil olmaq üstündə mübahisə: Əkiz qardaşlardan biri bıçaqlandı Bu gün, 14:48 Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar Bu gün, 14:48 Türkiyədə əməliyyat: 73 nəfər həbs edildi Bu gün, 13:48 "Sabah" - "Slaviya" oyununu avstriyalı baş hakim idarə edəcək Bu gün, 13:48 İrəvanda atışma: İki nəfər yaralanıb Bu gün, 13:48 29 yaşlı şəxsin meyiti həyətindəki yarımtikilidə tapıldı Bu gün, 13:48 Azərbaycan vətəndaşlarının əcnəbilərlə nikahları niyə pozulur? Bu gün, 12:48 Fərid Qayıbov: Sevindirici haldır ki, bizim də ultramarafonçularımız var Bu gün, 12:48 Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub Bu gün, 12:48 Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub Bu gün, 12:48 Qazaxda Gürcüstan vətəndaşı olan 73 yaşlı TIR sürücüsünün meyiti tapılıb Bu gün, 12:48 Yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ Bu gün, 12:48 "Yandex"in data mərkəzinə növbəti PUA hücumu - Xidmətlər dayandı Bu gün, 11:48 25 yaşlı azərbaycanlı Polşada vəfat etdi Bu gün, 11:48 Xəyalə "Aşk-ı Memnu"dakı malikanədə ağladı Bu gün, 11:48 Beyləqanda avtomobil elektrik dirəyinə çırpılıb, cərəyan sürücünü vuraraq öldürüb Bu gün, 11:48 ABŞ Rusiyaya atəşkəs üçün 3 iqtisadi təklif irəli sürüb - DETALLAR Bu gün, 10:48 Gəncədə səs-küy salıb atasını yuxudan oyadan şəxs həbs olundu Bu gün, 10:48 Dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəlib Bu gün, 10:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR