2-06-2024, 18:46 804

COP29 Sədrliyinin Könüllülər Mərkəzinin açılışı olub

Cari ilin 11-22 noyabr tarixində Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində könüllülərlə işin səmərəli təşkili məqsədilə 2 iyun tarixində Könüllülər Mərkəzinin rəsmi açılış mərasimi keçirilib.

"AVESTA.AZ" xəbər verir ki, dünya ictimaiyyətinin diqqət mərkəzində olan COP29 tədbirinin uğurlu icrasında əhəmiyyətli payı öz fədakar əməyi, nümunəvi davranışları ilə seçilən dayanıqlılıq səfirləri kimi çıxış edəcək COP29 könüllülərinin üzərinə düşür.

Qlobal səviyyəli bu tədbirə könüllülərin yüksək səviyyədə hazırlığını təmin etmək məqsədilə COP29 sədrliyi tərəfindən təsis edilən Könüllülər Mərkəzi bu gündən fəaliyyətə başlayıb.

Açılış mərasimində COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayev, COP29 Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova, eləcə də media nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Tədbir çərçivəsində rəsmi qonaqlar mərkəzin iş fəaliyyətini yaxından izləyib, yaradılan şəraitlə əyani tanış olublar. Mərkəzdə könüllülərin unikal bacarıqlarının ən səmərəli şəkildə artırılması və əməkdaşlıq mədəniyyətinin təşviqi üçün inklüziv mühitin təmin ediləcəyi xüsusi vurğulanmışdır.

Qeyd edilib ki, bir neçə gün öncə açıq elan edilən proqrama yalnız bir gün ərzində 9000 nəfərdən çox namizəd könüllülük üçün müraciət etmişdir ki, bu da bu günə qədər ölkədə keçirilmiş tədbirlərə müraciət trendləri ilə müqayisədə rekord göstəricidir.

Cari ilin iyun və iyul ayları ərzində namizədlərin müsahibə və seçimləri, irəliləyən zamanda isə müsahibə və təlimləri uğurla tamamlayan seçilmiş 3000 nəfər könüllünün təlimi mərkəzdə təşkil olunacaqdır. Sözügedən mərkəzdə COP29 könüllüləri ümumi, iqlim və şəxsi inkişaf mövzuları daxil olmaqla ümumilikdə 10 fərqli istiqaməti əhatə edən təlimlərdə iştirak edəcəklər. Təlimlər könüllülərin iqlim konfransına hazırlıq mərhələsində hərtərəfli məlumatlandırılmasına və səriştələrinin artırılmasına xidmət edəcək.

Tədbirdə öz nitqi ilə çıxış edən Muxtar Babayev iştirakçılara seçim turları ərzində müvəffəqiyyətlər arzu edib və qeyd edib ki, ölkəmiz COP29-a ev sahibliyi missiyası və iqlim çağırışları ilə mübarizə çərçivəsində milli insan kapitalına və gənc peşəkarlarımıza güvənir.

Mərkəzlə tanışlıq turu zamanı COP29 rəsmiləri və qonaqlar COP29-un könüllüsünün divarda ağac formasında simvolik divar rəsminin çəkilməsi prosesini maraqla izləmiş, Nərmin Carçalova və Muxtar Babayev tərəfindən bir neçə toxunuşla kompozisiya tamamlanmışdır.

Xatırladaq ki, COP29 Könüllülük Proqramı tədbirin uğurla təşkilinə töhfə vermək istəyən hər kəs üçün açıqdır. Namizədlərin layihəyə qoşulmasını rahat və koordinasiyalı şəkildə təşkili məqsədilə 29 may tarixində volunteers.cop29.az onlayn qeydiyyat platforması istifadəyə verilmişdir. Müraciətlərin bu günə olan sayı 14222-ni keçir. Platforma vasitəsilə maraqlı olan hər kəs 5 iyun tarixinədək qeydiyyatdan keçərək COP29 könüllüsü olmaq imkanı əldə edə bilər. Qeydiyyat prosesi ilə bağlı yarana biləcək suallarla bağlı +994125352928 çağrı mərkəzi xidmət göstərir.

Paylaş

Xəbər lenti

EIA 2027-ci il üçün Azərbaycanda neft hasilatı proqnozunu açıqlayıb Bu gün, 00:48 Azərbaycana idxal edilən alkoqollu içkilər üçün GÖMRÜK RÜSUMU dəyişdi Dünən, 23:48 Sabah Yasamal və Qaradağda qaz olmayacaq Dünən, 23:48 Motosikletlə toya gələn bəy və gəlin görənləri təəccübləndirdilər Dünən, 23:48 Sabah Bakının iki küçəsində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq Dünən, 23:48 15 ildən sonra doğulan nəvəsinə ad günü məclisi keçirməyə yığışıblarmış - Dəhşətli qəzanın yeni TƏFƏRRÜATI Dünən, 23:48 Baş nazirdən "Bakubus" MMC ilə bağlı QƏRAR Dünən, 22:48 Alimlər 2 min dərəcədən yüksək temperaturda yeni buz növü kəşf ediblər Dünən, 22:48 İranda dolların məzənnəsi yeni tarixi rekord qırdı Dünən, 22:48 Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ Dünən, 22:48 Rusiyada Azərbaycan və Türkiyədən idxal olunan narlar satışa çıxarılıb Dünən, 22:48 AK Seutada miqrasiya böhranının aradan qaldırılması üçün İspaniyaya 114,7 milyon avro ayıracaq Dünən, 21:48 Ermənistan gələn ilin oktyabrına qədər "Ermənistan Elektrik Şəbəkələri"ni milliləşdirmək niyyətindədir Dünən, 21:48 Azərbaycanda ətin qiyməti ucuzlaşacaq? - VACİB AÇIQLAMA Dünən, 21:48 Əhalinin NƏZƏRİNƏ: Gömrükdən keçirilən malların və avtomobillərin bəyan edilməsi qaydaları DƏYİŞDİRİLDİ Dünən, 21:48 Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir Dünən, 21:48 Azərbaycan və Özbəkistan arasında hərbi əməkdaşlıq üzrə qərargah danışıqları keçirilib Dünən, 20:48 İslam Maxaçev "Qızıl top"un bu futbolçuya verilməsini istədi Dünən, 20:48 Bakıdakı tibb müəssisələrinin birində kök hüceyrələrin transplantasiyası həyata keçiriləcək - QƏRAR Dünən, 20:48 "Bu dövr artıq geridə qalıb" - Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Rusiya ilə münasibətlərin bərpasından danışıb Dünən, 20:48 Könül Vəlibəyli və daha iki nəfərin öldüyü yanğınla bağlı ittiham aktı ELAN EDİLİB Dünən, 20:48 Səfir: "İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır" Dünən, 19:48 "Yaşıl Teatr" və Bakı Şəhər Bələdiyyə Teatrının nazirliyin tabeliyinə verilməsi barədə Qərar imzalanıb Dünən, 19:48 Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən... Dünən, 19:48 Məclisdən evə qayıdarkən qəzaya düşüblər - Beş nəfərin yanaraq öldüyü hadisənin TƏFƏRRÜAT Dünən, 19:48 Xankəndidə növbəti əmək yarmarkası keçiriləcək Dünən, 18:49 İsmayıllıda toyda 30-dan çox şəxs NƏDƏN ZƏHƏRLƏNİB? - AÇIQLANDI Dünən, 18:49 Paytaxtda 18 istiqamətdə sıxlıq var Dünən, 18:49 Abşeronda kanalizasiya sularının yola axması ciddi narazılıq yaradıb Dünən, 18:48 Gəncə şəhərinin sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR Dünən, 18:48 Rusiya ilə Türkiyə XİN-ləri Cənubi Qafqaz və Ukraynadakı vəziyyəti müzakirə ediblər Dünən, 18:48 "Qarabağ" rəsmisi: "Abdullah Zubir istənilən kluba keçmək potensialına malik futbolçudur" Dünən, 17:48 Şəkidə kanat faciəsi ilə bağlı DİQQƏTÇƏKƏN MƏQAM: Nazirlikdən iki nəfərin öldüyü hadisə ilə bağlı AÇIQLAMA Dünən, 17:48 Bakıda qolları olmayan körpə doğuldu: Anası İMTİNA ETDİ Dünən, 17:48 Özəl bağçalara uşaqların qeydiyyatı başlayır Dünən, 17:48 Firuzə İbadova təcili əməliyyat olundu Dünən, 17:48 Biləcəridə çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb Dünən, 17:48 90 min dollar kredit aldı, indi 217 min borcu var: Adına əlavə pul yazılıb? Dünən, 17:48 Bazarlarda sanitar böhran MÜZAKİRƏ EDİLDİ Dünən, 17:48 Azərbaycanda kursant VƏFAT ETDİ Dünən, 17:48 Yasamalda hazır mənzil almaq istəyənləri hansı seçimlər gözləyir? - ƏTRAFLI Dünən, 16:48 Xalq artisti Aleksandr Şarovski dəfn edilib Dünən, 16:48 SOCAR Xəzərdəki köhnə quyulardan neft sızıntılarının qarşısının alınması üçün proqram hazırlayacaq Dünən, 16:48 Şəkidə kanat faciəsi ilə bağlı DİQQƏTÇƏKƏN MƏQAM: Sığortaya imza atıblarmış Dünən, 16:48 "Azerbaijan Open 2026" Bakıda yerli və xarici həvəskar qolfçuları bir araya gətirib Dünən, 16:48 Dünya Bankı Qrupu Azərbaycanda vahid ölkə nümayəndəliyi modelinə keçə bilər Dünən, 16:48 BMT Azərbaycan müəssisələrinə kömək etmək istəyir Dünən, 16:48 "QHT işi": Qalib Bayramova şərti cəza verildi Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR