9-09-2026, 16:48 166

SOCAR Xəzərdəki köhnə quyulardan neft sızıntılarının qarşısının alınması üçün proqram hazırlayacaq

Xəzər dənizindəki köhnə quyuların törətdiyi neft sızıntıları ilə əlaqədar xüsusi proqramın hazırlanması nəzərdə tutulur.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Əfqan İsayev "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 (BCAW 2026)" çərçivəsində bildirib.

Onun sözlərinə görə, neft sızıntıları Xəzərin ən ciddi ekoloji problemlərindən biri hesab olunur: "Sovet dövrünün mirası olaraq bizdə belə quyulardan on minlərlə mövcuddur. Güman edirik ki, onların müəyyən hissəsindən neft və qaz sızması baş verir. Bu məsələ kommersiya nöqteyi-nəzərindən son dərəcə mürəkkəbdir. Bir sıra şirkətlər bu prosesi kommersiyalaşdırmaq istiqamətində cəhdlər göstərib. Çoxtərəfli İnkişaf Banklarının (MDB) dəstəyi olmadan bunu reallaşdırmaq demək olar ki, mümkün deyil. Məhz buna görə son illər ərzində biz Dünya Bankına və digər MDB-lərə müvafiq proqram, o cümlədən Tədqiqat və İşlənmə (R&D) proqramı hazırlamaq təklifi ilə müraciət edirik. Onlar bu təşəbbüsü olduqca müsbət qiymətləndirirlər.

Biz dövlət müəssisəsi statusuna malikik, lakin özəl sektorla çox sıx qarşılıqlı əməkdaşlıq həyata keçiririk. Gündəlik fəaliyyətimizdə neft və qaz sektorunda yüzlərlə, minlərlə şirkətlə birgə işləyirik. Onlardan bəziləri enerji, bərpa olunan enerji mənbələri və digər əsas enerji istehsalı sahələrinə transformasiya prosesindən keçəcək. Yeni müəssisələr meydana gələcək. Buna görə də sizin səfərbərliyə dəstək verməyiniz son dərəcə əhəmiyyətlidir. Standartlar, yanaşmalar, texnologiyalar, tədqiqat və işlənmələr baxımından MDB-lərin yardım göstərməsi zəruridir".

Ə. İsayev bildirib ki, bu prosesdə SOCAR-ı dəstəkləyəcək Dünya Bankı, Asiya İnkişaf Bankı (ADB), Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) ilə danışıqlar aparılıb.

"Həm onlar, həm də digər qurumlar dəstək verəcəklərini ifadə ediblər. Hesab edirəm ki, bu, həm Xəzər, həm də bütövlükdə dünya üçün ən mühüm məsələlərdən biridir. Niyə də bu təşəbbüsə məhz Xəzərdən başlamayaq, nəzərə alsaq ki, ekoloji və iqlim problemləri nə vətəndaşlıq, nə sərhəd, nə də ölkə tanıyır".

Paylaş

Xəbər lenti

Qara dənizdə təhlükə, Orta Dəhlizdə fürsət: Azərbaycan üçün yeni imkanlar yaranır? Bu gün, 20:48 Mədə yanmasını adi hal hesab etməyin - Bu halda ürək xəstəliyindən xəbər verir Bu gün, 20:48 Azərbaycanda kərə və duru yağlar nə üçün bahalaşır? - SƏBƏBLƏR Bu gün, 20:48 Atlantada oktyabrın 30-31-də G20 ölkələrinin XİN başçılarının görüşü keçiriləcək Bu gün, 20:48 Azərbaycan BMT-də nüvə silahlarının ləğvini qabardıb Bu gün, 20:48 "Qərbi Azərbaycanın yaddaş yerləri": Daşkörpü sakinləri etnik təmizləməyə məruz qalıb Bu gün, 19:48 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib Bu gün, 19:48 "Qalatasaray" daha bir rus futbolçu almaq istəyir Bu gün, 19:48 Elnur Müzəffərov: "Eldəniz Əzizlinin Qazaxıstanda qızıl medal qazanacağına inamımız böyük idi" Bu gün, 19:48 DTX "Ceyhun Sabunçu"nu qətlə yetirənləri müəyyən edərək saxlayıb Bu gün, 19:48 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb Bu gün, 19:48 Sumqayıt sakinlərinin nəzərinə: Bəzi marşrut avtobusları yenilənəcək Bu gün, 19:48 Səfir: Cəbrayılda istixana təsərrüfatında Niderland modeli tətbiq oluna bilər Bu gün, 18:48 Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər məhkəməyə gətirilib Bu gün, 18:48 Nazirlər Kabinetindən təhsilalanlarla bağlı VACİB QƏRAR Bu gün, 18:48 Ermənistanda məhbus məhkəmə binasından qaçdı Bu gün, 18:48 Baş nazirdən dövlət müəssisələri ilə bağlı mühüm qərar Bu gün, 18:48 Bu rayonda avtomobil yolları təmir olunacaq - 1,8 milyonluq LAYİHƏ Bu gün, 18:48 Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edilib Bu gün, 18:48 Sumqayıtda dəmiryol vağzalının qarşısında avtomobil yandı Bu gün, 17:48 Hindistan Azərbaycandan neft alışını 5 dəfəyə yaxın artırıb Bu gün, 17:48 Uzun yaşamaq istəyənlərə XƏBƏRDARLIQ - Bu iki üsula inanmayın Bu gün, 17:48 Axtarışda olan "Survivor" iştirakçısı və tanınmış aktyor xaricdə tutularaq Türkiyəyə gətirildi Bu gün, 17:48 Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü Bu gün, 17:48 İranlı nazirə təbrizli qızdan sərt sual: "Hansı dildə təhsil alacaqlar?" Bu gün, 17:48 Təkəri partlayan yük maşını aşdı - Daşıdığı qoyunlar yola səpələndi Bu gün, 17:48 Azərbaycanlı sabiq icra başçısı Rusiyada vəfat etdi Bu gün, 17:48 Baş Prokurorluqdan "WhatsApp"la bağlı xəbərdarlıq Bu gün, 17:48 Hikmət Hacıyev: Azərbaycan xalqı erməni cəmiyyətindən üzrxahlıq gözləyir Bu gün, 16:48 Hikmət Hacıyev: "Le Figaro", demək olar ki, hər gün Azərbaycan əleyhinə saxta materiallar dərc edir Bu gün, 16:48 Erməni nazir Şəkidəki hadisənin detallarını açıqladı: Nəsimi Musayev necə saxlanıldı? Bu gün, 16:48 İlin sonuna qədər həyatı kökündən dəyişəcək 4 BÜRC - Yeni dövr başlayır Bu gün, 16:48 Bakıda 5 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilib Bu gün, 16:48 Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti Bu gün, 16:48 Dünya çempionatı: Nihat Məmmədli finala vəsiqə qazanıb Bu gün, 16:48 Air Arabia-nın xəritəsində Xankəndinin adı hələ də təhrif olunaraq yazılır Bu gün, 15:48 Deputatın oğlunun da həbs edildiyi cinayətdə öldürülən Ceyhunun YENİ FOTOLARI Bu gün, 15:48 Bakıda 20 yaşlı oğlan sevgilisini BMW-nin içərisində döydü Bu gün, 15:48 Bakıda bəzi marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib Bu gün, 15:48 İlham Əliyev İƏT-in baş katibini qəbul edib Bu gün, 15:48 Hikmət Hacıyev: Sülh sazişi tək kağız üzərində olmamalıdır Bu gün, 15:48 Prezidentin köməkçisi: Süni intellekt dövründə həqiqətin tapılması daha ciddi çağırışla üz-üzədir Bu gün, 15:48 Qarabağ və Şərqi Zəngəzurda 100-dən çox kənd və qəsəbənin ərazi planlaşdırılması başa çatdırılıb Bu gün, 15:48 Hikmət Hacıyev: Ermənistanda revanşizm hallarının artmasından narahatıq Bu gün, 15:48 İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib Bu gün, 14:48 Azərbaycanın Milli Qəhrəmanının son durumu açıqlandı Bu gün, 14:48 Ceyhun Bayramov: Azərbaycan sülh sazişi məsələsində son nöqtəni qoymağa hər zaman hazırdır Bu gün, 14:48 İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul edib Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR