
Oğuz rayonunda yol qəzası baş verib.
"AVESTA.AZ"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Bucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Ford Tranzit" markalı yük avtomobili ilə "VAZ-2107" markalı minik avtomobilinin toqquşması nəticəsində ikincinin sürücüsü Cəlal Rəhim oğlu Quliyev hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.