
Rusiyanın Kemerovo şəhərində Tom çayı üzərindəki Kuznetski körpüsünün başlanğıcında iki tramvayın toqquşması nəticəsində 1 nəfər ölüb.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə şəhərin rəhbəri Dmitri Anisimov teleqram kanalında məlumat verib.
“Təəssüf ki, həkimlərin bütün səylərinə baxmayaraq, Loqovaya şosesində baş verən qəzada xəsarət alanlardan biri ölüb. Mərhumun yaxınları ilə görüşüb, ailəsinə tam dəstək verəcəyik”, - o qeyd edib.
Onun sözlərinə görə, xəstəxanaya yerləşdirilən 11 nəfər ambulator müalicəyə keçirilib.
Rusiyanın Kemerovo şəhərində Tom çayı üzərindəki Kuznetski körpüsünün başlanğıcında iki tramvay toqquşub.
“AVESTA.AZ” xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 67 nəfər xəsarət alıb.
Kemerovo vilayətinin qubernatorunun səlahiyyətlərini icra edən İlya Seredyuk teleqram kanalında bildirib ki, yaralılardan üçünün vəziyyəti ağırdır:
“İkisi reanimasiyada, biri əməliyyat otağındadır. Həkimlər onların həyatları üçün mübarizə aparırlar. 10 nəfər ambulator müalicəyə göndərilib”.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.