
Türkiyənin Bursa şəhərinin Nilüfər rayonunda yük avtomobili və mikroavtobusun iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində səkkiz nəfər yaralanıb.
“Report” xəbər verir ki, bu barədə məlumat yayıb.
“Bursada işıqforun tələbini pozan yük avtomobili dönən xidməti mikroavtobusa çırpılıb. İşçiləri daşıyan mikroavtobusda altı nəfər və yük maşınında olan iki nəfər olmaqla cəmi səkkiz nəfər yaralanıb”, – agentlik nəql edib.
Olay yerinə çox sayda təcili tibbi yardım briqadaları, xilasedicilər və polis əməkdaşları cəlb olunub. Nəqliyyat vasitələrində sıxışıb qalan yaralılar xilas edilərək tibbi işçilərinə təhvil verilib. Yaralılar ilkin müdaxilədən sonra yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.