7-06-2024, 15:58 518

AQTA 250 dönər satışı obyektində monitorinq keçirib, 249-unda nöqsan aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) mayın 13-dən etibarən 250 dönər satışı həyata keçirən qida obyektində monitorinqlər keçirib.

Bu barədə "Report"a AQTA-dan məlumat verilib.

Qeyd olunub ki, monitorinqlər zamanı qida obyektlərinin sanitar-gigiyenik və sanitar-texniki vəziyyəti qiymətləndirilib. Bir müəssisədə vəziyyət qənaətbəxş hesab olunub, 249 müəssisədə isə bir sıra nöqsanlar aşkarlanıb.

Monitorinqlər zamanı əsasən aşağıdakı uyğunsuzluqlar aşkarlanıb:

- müəssisənin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərməsi və qida təhlükəsizliyi reyestrinə daxil edilməməsi;

- texnoloji ardıcıllıq prinsipinə əməl edilməməsi;

- qida obyektinə qəbul edilmiş xammalların giriş nəzarətinin (müşayiətedici sənəd, orqanoleptiki baxış, temperatur rejimi, baytarlıq arayışı və s.) həyata keçirilməməsi;

- temperatur rejiminə əməl olunmaması;

- yararlılıq müddəti ötmüş xammalın istifadəsinə yol verilməsi;

- dondurulmuş qida məhsullarının donunun açılması (defrostasiya) prosedurunun tələblərə uyğun həyata keçirilməməsi;

- çiy dönər ətinin hazırlanmasında istifadə olunan ətlərin baytarlıq-sanitariya ekspertizasından keçməsini təsdiq edən müvafiq sənədlərlə təmin edilməməsi;

- çiy dönər emalının sanitar-gigiyenik tələblərə uyğun, texnoloji proseslərin icrası üçün lazım olan avadanlıq və inventarla təchiz olunmuş ayrıca sahədə həyata keçirilməməsi;

- tədarük olunan çiy dönərin istehsalçı və emalçısının qida təhlükəsizliyi qeydiyyatına alınmaması;

- istifadə olunan xammalların minimum keyfiyyətini və təhlükəsizliyini təsdiq edən müvafiq sənədlərlə müşayiət olunmaması;

- işçilər tərəfindən gigiyena qaydalarına tam riayət edilməməsi;

- işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi və tibbi arayışlarla tam təmin olunmaması;

- müəssisənin hər zaman istifadəyə hazır, yetərli miqdarda içməli su sistemləri ilə təchiz olunmaması;

- müəssisədə mütəmadi olaraq təmizlik və dezinfeksiya işlərinin həyata keçirilməməsi;

- qida ilə təmasda olan materialların müvafiq müşayiətedici sənədlərinin olmaması.

Monitorinqlər çərçivəsində 203 müəssisədə 214 toyuq əti və 71 mal əti olmaqla, ümumilikdə 285 dönərdən nümunələr götürülərək müayinə məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Müayinələr nəticəsində 47 müəssisədən götürülmüş 46 toyuq və 16 mal əti olmaqla, ümumilikdə 62 dönər nümunəsində E.Coli və 1 müəssisədən götürülmüş 1 toyuq dönəri nümunəsində L.monocytogenes bakteriyası aşkarlanıb.

152 müəssisədə götürülən 207 dönər nümunəsində hər hansı uyğunsuzluq aşkarlanmayıb. Digər nümunələrin laborator müayinələri davam etdirilir.

Eyni zamanda sınaq nəticəsi uyğunsuz çıxan qida obyektlərində yoxlama aparılması üçün Ədliyyə Nazirliyinin “Yoxlamaların Vahid Məlumat Reyestri”ndən ümumillikdə 30 çıxarış alınıb. Aşkarlanmış nöqsanlarla bağlı 23 müəssisə rəhbərliyi barəsində inzibati tədbir görülüb, nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib. Eyni zamanda qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulması ilə bağlı bir sıra uyğunsuzluqlar aşkarlanıb ki, bununla əlaqədar 10 müəssisədə işlərin görülməsi və xidmətlərin göstərilməsinin dayandırılması, 5 müəssisədə isə işçi heyətin üzvünün (üzvlərinin) kənarlaşdırılması ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərarlar qəbul edilib.

Paylaş

Xəbər lenti

Hikmət Hacıyev: Azərbaycan-Meksika münasibətləri dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanır Bu gün, 22:48 Prezidentin köməkçisi: Azərbaycan və Meksika arasında sıx tərəfdaşlıq üçün böyük imkanlar var Bu gün, 22:48 Husilər Bab əl-Məndəbdəki son iki adanı da ələ keçiriblər Bu gün, 22:48 Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı Bu gün, 22:48 Sabunçuda bina sakinlərinin lift kartları bloklandı: Səbəb nədir? Bu gün, 22:48 CENTCOM rəhbəri danışıqlar üçün Səudiyyə Ərəbistanındadır Bu gün, 21:48 AZPROMO: Azərbaycan sahibkarları Çində xidmət ixracı imkanları ilə bağlı müzakirələr aparırlar Bu gün, 21:48 Valideynləri gözləyən xərclər və forma QİYMƏTLƏRİ Bu gün, 21:48 Şuşada Meksikanın Müstəqillik Günü münasibətilə qəbul təşkil edilib Bu gün, 21:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan 3 Azərbaycan vətəndaşının həbs müddəti uzadılıb Bu gün, 20:48 İranda sünni ruhaninin qətli: Pərdəarxası məqamlar Bu gün, 20:48 Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə XƏBƏRDARLIQ Bu gün, 20:48 Şəhər yollarında kiçikölçülü avtomobillərdən istifadə təhlükəlidir? Bu gün, 20:48 Bakıda 9 mərtəbəli yataqxana TƏMİR OLUNACAQ Bu gün, 19:48 Son bir həftədə yaşıllıqlara 43 min manatdan çox ziyan vurulub Bu gün, 19:48 Diplomatik korpusun nümayəndələri Şuşada "Heydər Əliyev və Qarabağ" sərgisini ziyarət ediblər Bu gün, 19:48 Premyer Liqa: "Neftçi" V turun açılış oyununda qələbə qazanıb Bu gün, 19:48 Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən YENİ AÇIQLAMA Bu gün, 19:48 Xətai rayonunda 3 küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq Bu gün, 19:48 Fərid Şəfiyevə üç müavin təyin edildi Bu gün, 18:48 Paytaxt sakinlərinin tıxac kabusu: Məktəblər açılır, yollar necə olacaq? Bu gün, 18:48 Nepalda sel fəlakətində ölənlərin sayı 1385-ə çatıb Bu gün, 18:48 Müsəlman ölkələrindən olan diplomatlar Yuxarı Gövhər Ağa məscidində namaz qılıblar Bu gün, 18:48 Diplomatik korpus Şuşada Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin büstləri ilə tanış olub Bu gün, 18:48 Paytaxtda hazırda 27 istiqamətdə sıxlıq var Bu gün, 18:48 ABŞ senatorları OpenAI-dan süni intellekt modelləri ilə bağlı məlumat tələb edib Bu gün, 18:48 Səkkiz ayda əsas kapitala yatırılan investisiyanın həcmi açıqlandı - Ciddi artım Bu gün, 18:48 Diplomatlar Şuşada yeni məscidin tikintisi ilə tanış olublar Bu gün, 17:48 Kolleclərdə boş qalan yerlərə qəbulun nəticələri açıqlanıb Bu gün, 17:48 Hərəkət iflic olur, sürücülər gərginləşirlər: Tıxacın həlli bu dəyişikliklərdədir? Bu gün, 17:48 "Elmlər Akademiyası"ndan "Həzi Aslanov"a ekspres marşrut fəaliyyətə başlayır Bu gün, 17:48 Nazir mərhum prokurorun general oğluna vəzifə verdi Bu gün, 17:48 Fərid Şəfiyev BMTMM sədri təyin edilib - SƏRƏNCAM Bu gün, 17:48 Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində müzakirə keçirilib Bu gün, 17:48 Sakinlərin şikayətinə səbəb olan daş emalı sexi ilə bağlı nələr üzə çıxdı? Bu gün, 16:48 Bakıda yağış sularının yaratdığı problemlər necə həll olunacaq? – AÇIQLAMA Bu gün, 16:48 Bakıda ərini öldürüb həyətdə basdıran qadına hökm oxunub Bu gün, 16:48 Terrorçuluğu maliyyələşdirən iki nəfərə hökm oxundu Bu gün, 16:48 Ekrem İmamoğluna hökm oxundu Bu gün, 16:48 Dördüncü İqlim Həftəsi başa çatıb Bu gün, 16:48 Slovakiya sentyabrda Azərbaycanla qaz tədarükü üzrə danışıqlara başlayacaq Bu gün, 16:48 İqtisadi Şuranın iclası keçirildi: Taleh Kazımovun məruzələri dinlənildi Bu gün, 16:48 XƏBƏRDARLIQ - 2 gün hava PİS KEÇƏCƏK Bu gün, 16:48 11 sentyabr terror aktı ilə bağlı yeni şahid ortaya çıxıb Bu gün, 15:48 Xarici diplomatlar Qarabağ Universitetinin fəaliyyəti ilə tanış olublar Bu gün, 15:48 Türk dövlətləri arasında TÜRKPOL yaradılır Bu gün, 15:48 Tıxacdan çıxmaq istəyərkən əks istiqamətə keçib tıxacı daha da artırdılar Bu gün, 15:48 NİİM ötən gün Hövsan yolundakı sıxlığa münasibət bildirib, sürücülərə çağırış edib Bu gün, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR