
Bakı-Sofiya reysinin ilk təyyarəsi Bolqarıstanın paytaxtına eniş edib.
“Report” xəbər verir ki, bu barədə Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
“Bu gün “Azərbaycan Hava Yolları” QSC-nin Bakı-Sofiya birbaşa reysini həyata keçirən ilk təyyarəsi Sofiya Beynəlxalq Hava Limanına eniş edib. Təyyarə su ənənəvi su tağı salamı ilə, daha sonra xüsusi qarşılanma mərasimi ilə qarşılanıb", - paylaşımda qeyd edilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.