
Qaxda ağaclar magistral yolu bağlayıb.
"AVESTA.AZ"un Şimal-qərb bürosunun məlumatına görə, axşam saatlarında əsən güclü külək nəticəsində Yevlax-Zaqatala-Gürcüstan Sərhədi magistral yolunun rayonun Tasmalı kəndindən keçən hissəsində iri gövdəli ağaclar magistral yola aşıb.
Nəticədə yolda nəqliyyat vasitələrinin hərəkəti dayanıb.
Hazırda yolun açılması istiqamətində işlər aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.