11-09-2022, 00:00 614

Mahmud Qurbanov:

"Maraqlı oyun alındı. Məğlub olsaq da, komandamın çıxışından razı qaldım. Azlıqda qaldıqdan sonra da qol epizodlarımız oldu. Sadəcə, istifadə edə bilmədik".

"AVESTA.AZ"un məlumatına görə, bunu "Səbail"in baş məşqçisi Mahmud Qurbanov "ASCO Arena"da "Zirə"yə 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının VI tur oyunundan sonra mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis meydana qələbə üçün çıxdıqlarını bildirib: "Uduzmaq istəmirdik. Ən azı heç-heçə üçün yaxşı şansımız var idi. Komanda qırmızı vərəqədən sonra da oyundan düşmədi. Daha da aqressiv oynadıq".

O, heyətin hələ tam komplektləşmədiyini söyləyib: "Optimal "11-liy"imiz yoxdur. Çünki sabit oynamırıq. Bəzi futbolçular bir matçda yaxşı oynadıqdan sonra növbəti qarşılaşmada boşalırlar. Bizdə əsas heyət anlayışı yoxdur. Əlimdəki bütün futbolçulardan istifadə edirəm".

Qurbanov komandanın kapitanı Rahid Əmirquliyevə az şans verməsinin səbəbini bu cür izah edib: "Bu gün meydana buraxmaq istəyirdim. Amma qırmızı vərəqə planımıza mane oldu. O, bizim kapitanımız, təcrübəli oyunçumuzdur. Tükənməyib, qarşıdakı matçlarda Rahidi yenidən meydanda görəcəyik".

Təcrübəli mütəxəssisin sözlərinə görə, ötən tur "Sabah"la qolsuz heç-heçə etdikləri görüşdə konsentrasiya daha yaxşı idi: "Bugünkü matçda isə qol epizodları zamanı nəzarəti itirdik. Hər iki tərəf qələbə qazanmaq istəyirdi. Əfsuslar olsun ki, diqqətizlikdən asan qollar buraxdıq".

Baş məşqçi əvəzetmədən meydana daxil olan Tural Bayramlının qırmızı vərəqə almasına da toxunub: "Bu barədə nəsə danışmaq çox çətindir. Onu meydana buraxdıq ki, oyunun axarını dəyişsin, komandaya kömək etsin. Düşünürəm ki, həddindən artıq istəkli və aqressiv olduğu üçün meydandan qovuldu. Söhbətimiz olacaq. Belə halların baş verməsi arzuolunmazdır. Meydanda sonadək 11 nəfərlə oynamaq istəyirik. Turala cəza verib-verməyəcəyimizi bilmirik. Hər şey mümkündür. İkinci sarı vərəqə epizodunda VAR-a da baxmaq olardı. Ümumiyyətlə, oyunda vərəqələr çox oldu".

Qurbanov daha çox xal toplamaq üçün müdafiədə oturmağa ehtiyac olmadığını vurğulayıb: "Düzdür, "Sabah"dan xal aldığımız matçda müdafiədən oynadıq. Bu gün qələbə qazanmaq istəyirdik. Uşaqlardan əsas tələbimiz açıq futbol idi. Əlbəttə, uduzmaqdansa, müdafiə olunub xal götürmək daha yaxşıdır. Amma biz hücum futbolu göstərmk istəyirik. Qol imkanlarımız da olur. Təəssüf ki, dəyərləndirə bilmirik".

Paylaş

Xəbər lenti

Bakıda sürücülər arasında gərginlik qəza ilə nəticələndi Bu gün, 16:48 Hava kəskin dəyişir: Temperatur 8 dərəcəyədək enəcək, yağış və sel təhlükəsi var Bu gün, 16:48 Aleksandar Vuçiç İlham Əliyevə zəng edib Bu gün, 16:48 Azərbaycan və Ermənistan arasında sülh sazişi yaxın ola bilər - Hakan Fidan Bu gün, 16:48 "Hakim qərarları Hidayətin çempionluğuna mane oldu" – atasından etiraz Bu gün, 16:48 Londonda sinaqoqa hücum cəhdi: bina yandırılmaq istənilib Bu gün, 16:48 Serbiya Prezidenti gələn ay Azərbaycana səfər edəcək Bu gün, 16:48 Sürücülərin DİQQƏTİNƏ! Görünüş məsafəsi məhdudlaşacaq Bu gün, 16:48 Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ Bu gün, 15:48 Bakıda ikimərtəbəli evdə yanğın olub Bu gün, 15:48 Zelim Kotsoyev diskvalifikasiya edilib, yığmamız turniri 4 medalla başa vurub Bu gün, 15:48 DİM yeddi imtahan keçirib, doqquz nəfərdə telefon aşkarlanıb Bu gün, 15:48 Sabahın havası bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər Bu gün, 15:48 "Dizə kimi palçığın içində evə gedirik" - Problem niyə həll olunmur? Bu gün, 15:48 Ağdamda minik avtomobili yanıb Bu gün, 14:48 Füzulidə ağır QƏZA: Ölənlər və yaralılar var Bu gün, 14:48 Boş qalan mənzillərə qənim kəsilən OĞRULAR: Abşeron sakinlərindən SOS siqnalı Bu gün, 14:48 Batumidə iki Azərbaycan vətəndaşında külli miqdarda narkotik aşkarlanıb Bu gün, 14:48 Pezeşkian: Tramp İranın nə üçün öz nüvə hüquqlarından istifadə etməməli olduğuna dair suala cavab vermir Bu gün, 13:48 Avropa çempionatı: Azərbaycan cüdoçusu Zelim Kotsoyev yarımfinala yüksəlib Bu gün, 13:48 "Kızılcık Şerbeti"nə yeni tanınmış aktyor gəlir Bu gün, 13:48 Nizami Gəncəvinin dəfn olunduğu məqbərə kompleksindən REPORTAJ Bu gün, 13:48 "Sabah" növbəti tur çempion ola bilər - "Qarabağ" üçün üçüncülük təhlükəsi Bu gün, 13:48 Avropa çempionatı: Azərbaycan cüdoçusu Zelim Kotsoyev 1/4 finala yüksəlib Bu gün, 12:48 Azərbaycanın bəzi rayonlarında yağış yağır - FAKTİKİ HAVA Bu gün, 12:48 Qərbi Azərbaycan Xronikası: Moskva müqaviləsi Naxçıvanı necə xilas etdi? Bu gün, 12:48 Binəqədi-Balaxanı yolunda sürücülərin kabusu: Çuxurlar maşınları sıradan çıxarır Bu gün, 12:48 Birol: Bəsrə-Ceyhan neft kəməri Hörmüz boğazına alternativ ola bilər Bu gün, 12:48 Sabah Bakıda və Abşeron yarımadasında yağış yağacaq, şimşək çaxacaq Bu gün, 12:48 Onlayn sifarişlərdə müştəriləri gözləyən TƏHLÜKƏLƏR Bu gün, 11:48 Maşın bazarında DURĞUNLUQ yaranıb - Avtomobillərə maraq NİYƏ AZALIB? Bu gün, 11:48 Xalq artisti: "Müğənni olmağım onlar üçün dəhşətli bir şey idi" Bu gün, 11:48 Samuxda əkin sahəsindən kişi meyiti tapılıb Bu gün, 11:48 Masallıda BMW "Chevrolet Cruze" toqquşdu: 18 yaşlı gənc öldü Bu gün, 11:48 "Oğlumu gözüyaşlı qoyub işə gedirdim" - Jurnalist İlhamiyyə Rza nəyi etiraf etdi? Bu gün, 10:48 Füzulidə ağır avtomobil qəzası olub, iki nəfər ölüb Bu gün, 10:48 Atasına kömək edərkən həyatını itirən Hikmətin FOTOsu Bu gün, 10:48 Ceyhun Bayramov Tailanda işgüzar səfərə yola düşüb Bu gün, 10:48 Azərbaycanla Meksika arasında diaspor fəaliyyətinə dair memorandum imzalanıb Bu gün, 10:48 Muxtar Babayev COP31-in Prezidenti ilə görüşüb Bu gün, 10:48 Avropa çempionatı: Zelim Kotsoyev turnirə qələbə ilə başladı Bu gün, 10:48 Bu gün növbəti imtahanlar keçiriləcək Bu gün, 09:48 Azərbaycan və İordaniya arasında Yaxın Şərqdəki vəziyyət müzakirə olunub Bu gün, 09:48 Kəmaləddin Heydərov yeni müavinləri ilə oyunu izlədi Bu gün, 09:48 Qurban Qurbanov Elvin Cəfərquliyevin cəzalandırılmasından danışdı Bu gün, 09:48 Ciorcia Meloni enerji əlaqələrini gücləndirmək üçün Azərbaycana səfər edəcək Bu gün, 09:48 Ceyhun Bayramov Qvineya-bisaulu həmkarı ilə görüşüb Bu gün, 09:48 Naim Qasem: Hörmüz boğazının bağlanması ilə İsrailin Livana hücumları dayandırılıb Bu gün, 00:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR