
Bakının Nəsimi rayonunun A.Puşkin küçəsində yaşayış binasında yanğın başlayıb.
“AVESTA.AZ”un hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, əraziyə Fövqəladə Hallar Nazirliyinin 3 yanğınsöndürən maşını, polis əməkdaşları cəlb edilib.
Güclü yanğın səbəbindən ərazi tüstüyə bürünüb.
Hazırda ərazidə yanğınsöndürmə tədbirləri davam etdirilir.
Foto: Fərman Abiyev.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.