
Fransanın paytaxtı Parisdə azərbaycanlı musiqiçinin konserti keçirilib.
"AVESTA.AZ"un yerli bürosu bildirir k, Fransa Azərbaycan Dialoqu Assosiasiyası və Toğrul Nərimanbəyov Assosiasiyasının təşkilatçılığı ilə Rus Ortodoks Mədəniyyət Mərkəzində pianoçu Nazxanım Dadaşovanın konsertində ölkənin iş adamları, mədəniyyət xadimləri, musiqiçilər və digər şəxslər iştirak ediblər.
Pianoçunun ifasını şairə Ülviyə Axundova lirik poeziyaları ilə müşayiət edib.
Konsertin proqramına azərbaycanlı bəstəkarlarla yanaşı dünya və rus musiqi bəstəçilərinin də əsərləri daxil edilib. Azərbaycan bəstəkarlarından Qara Qarayev, rus bəstəkarlarından S.Raxmaninov, fransız C.Debussinin əsərləri səsləndirilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.