
Sosial şəbəkələrdə taksi sürücüsünün qadın sərnişin avtomobildə olan zaman əxlaqsız hərəkətini əks etdirən görüntülər yayılıb.
DİN Mətbuat Xidmətindən "AVESTA.AZ"a bildirilib ki, polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla sürücünün 1993-cü il təvəllüdlü Kənan Rüstəmov olması müəyyən edilərək Bakı şəhərində saxlanılıb.
Araşdırmanın nəticəsindən asılı olaraq onun barəsində toplanmış materiallar məhkəməyə göndəriləcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.