11-06-2024, 17:00 230

Azərbaycan Sement İstehsalçıları Assosiasiyası Banqkokda keçirilən GCCA 2024 konfransında yer alıb

Dünyanın aparıcı sement və beton istehsalı şirkətlərinin rəhbərləri və qlobal liderlər “Xalis sıfır emissiya” ilə gələcəyə doğru birgə təşəbbüslərin müzakirəsi üçün 3-7 iyun tarixləri arasında Banqkokda keçirilən Qlobal Sement və Beton Assosiasiyası 2024 konfransında bir araya gəliblər. Tədbirdə həmçinin bir sıra ölkələrin dövlət rəsmiləri də iştirak edərək, dayanıqlı inkişaf öhdəlikləri barədə çıxışlar ediblər. Tədbirin proqramına Qlobal Sement və Beton Assosiasiyasının üzvlərinin assosiasiyanın “2050 Xalis Sıfır Yol Xəritəsi” ilə uyğunlaşdırılmış xalis sıfır missiyalarının həyata keçirilməsinə dair strateji müzakirələri də daxil edilib.

Azərbaycan Sement İstehsalçıları Assosiasiyası tədbirdə təmsil olunub və assosiasiyanın innovativ Xalis Sıfır Sürətləndirici layihəsinin təqdimatı keçirilib. Layihə Azərbaycanın sement və beton sənayesinin karbonsuzlaşdırılmasını nəzərdə tutur və MDB dövlətləri arasında ölkəni sement və beton sektorunda dayanıqlı inkişaf lideri olaraq mövqeləndirməyi hədəfləyir.

Azərbaycan Sement İstehsalçıları Assosiasiyasının Baş Assambleyasının sədri cənab Henninq Sasse çıxışında bildirib: “Azərbaycan MDB ölkələri arasında sement və beton sənayesində Xalis Sıfır Sürətləndirici təşəbbüsünü həyata keçirən ilk ölkədir. Assosiasiyanın bu təşəbbüsünü Qlobal Sement və Beton Assosiasiyası 2024 Liderlər konfransında fəxrlə təqdim edirəm”.

“Azərbaycan Sement İstehsalçıları Assosiasiyasının belə müsbət töhfəsi təqdirəlayiqdir. Azərbaycanın sement sənayesinin konfransımızda təqdim olunan bu tərəqqisini alqışlayır və xalis sıfır emissiya ilə gələcək hədəfləyən qlobal sənayenin bir hissəsi kimi onun rolunu əhəmiyyətli hesab edirik. COP29-a doğru, bu yolda birgə və fəal əməkdaşlıq böyük əhəmiyyət kəsb edəcək”, - GCCA-nın baş direktoru Tomas Giyo bildirib.

Xalis Sıfır Sürətləndirici təşəbbüsü Azərbaycanın sement istehsalçıları – “Norm” ASC, Holcim Azərbaycan ASC, Arkoz Sement və Reges Sement tərəfindən 6-7 may, 2024-cü ildə keçirilən tədbirdə irəli sürülüb. CO2 emissiyalarının azaldılmasının bütün dəyər zənciri boyunca aparılması, eləcə də bu sahədə qanunvericilik və tənzimləmələrə nail olunmasına dair beton istehsalçıları, inşaat şirkətləri, dövlət qurumları və qeyri-hökumət təşkilatları ilə müzakirələr aparılıb. Azərbaycan Sement İstehsalçıları Assosiasiyasının Xalis Sıfır Yol Xəritəsi dövlət siyasəti rəhbər tutulmaqla və Avropa Sement Tədqiqatı Akademiyası ilə Qlobal Sement və Beton Assosiasiyasının elmi-praktiki təcrübəsindən istifadə olunmaqla hazırlanacaq.

Azərbaycan Sement Assosiasiyası haqda:

Azərbaycan Sement İstehsalçıları Assosiasiyası ölkənin sement və beton sənayesində dayanıqlı təcrübələrin və innovasiyaların tətbiqini təşviq edir. Üzvlərinin birgə səyi və strateji təşəbbüsləri ilə assosiasiya CO2 emissiyalarında əhəmiyyətli azalmalara nail olmağı və sənayeni xalis sıfır emissiya ilə gələcəyə doğru aparmağı hədəfləyir.

Qlobal Sement və Beton Assosiasiyası (GCCA) haqda:

Qlobal Sement və Beton Assosiasiyası və onun üzvləri Çindən kənarda qlobal sement istehsalı potensialının 80%-ni, eləcə də artan Çin istehsalçılarını əhatə edir. Üzv şirkətlər assosiasiyanın “Betonun Gələcəyi: 2050 Xalis Sıfır Yol Xəritəsi”ni (bu cür təfərrüatlı plan hazırlayan ilk ağır sənaye) izləməklə, hazırda qlobal miqyasda təxminən 7% təşkil edən, betonda CO2 emissiyalarının azaldılmasına və sonda aradan qaldırılmasına dair öhdəlik götürüblər. Birlikdə, GCCA sənaye və dünya üçün parlaq, möhkəm və dayanıqlı beton gələcəyi qurmağı hədəfləyir.

İyunun 3-dən 7-dək Banqkokda GCCA üzvlərinin CEO-larının və Liderlərinin Konfransı keçirilib. Ətraflı məlumat buradadır:

Paylaş

Xəbər lenti

Baş Dövlət Yol Polisi İdarəsindən sürücülərə XƏBƏRDARLIQ Bu gün, 19:48 Şuşada Novruz bayramına özəl möhtəşəm konsert proqramı keçirildi Bu gün, 19:48 Ekrem İmamoğlunu o əvəz edəcək Bu gün, 19:48 İftar vaxtı – 21 mart 2025: Ramazanın 21-ci günü Bu gün, 19:48 Prezident İlham Əliyevlə Özbəkistan lideri Şavkat Mirziyoyev arasında telefon danışığı olub Bu gün, 19:48 Azərbaycanda icra başçısının sabiq müavini vəfat edib Bu gün, 18:48 100 yaşlı qadın 67 ildir barista işləyir - Tətilə belə çıxmayıb Bu gün, 18:48 Osman Sınav vəfat etdi Bu gün, 18:48 Karantin müddəti niyə uzadıldı? - Deputat səbəbi AÇIQLADI Bu gün, 18:48 Bakıda külək güclənib, regionlarda qar və yağış yağır - FAKTİKİ HAVA Bu gün, 18:48 Bakı həbsxanasında saxlanılan hindistanlı "kriminal avtoritet" ölkəsinə ekstradisiya ediləcək Bu gün, 17:48 Azərbaycanda dövlət məmuru gənc yaşında vəfat edib Bu gün, 17:48 Robert Fitso: "Slovakiya Azərbaycandan svop qaz tədarükünü müzakirə edir" Bu gün, 17:48 Putin Rusiyada yaşayan ukraynalılarla bağlı fərman imzaladı Bu gün, 17:48 Ramazan ayında Novruz - Sağlam bayram süfrəsi üçün bunlara diqqət edin Bu gün, 17:48 Abşeronda göl DAŞDI - Evlər su altında qaldı Bu gün, 16:48 Bakının üç rayonunda silah-sursat aşkarlanıb Bu gün, 16:48 Sabah avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq Bu gün, 16:48 Çiyələyin inanılmaz faydaları üzə çıxıb Bu gün, 16:48 Britaniya səfirliyi: Novruzun yeni ümidlər və başlanğıclar gətirməsini arzulayırıq Bu gün, 16:48 Rusiyada türk seriallarının yayımlanması qadağan edilir? Bu gün, 15:48 Müdafiə Nazirliyinin rəhbər heyəti Baş Klinik Hospitalı ziyarət edib Bu gün, 15:48 "YouTube"nin işində problemlər yaranıb Bu gün, 15:48 İntihar edən gənc şair əməliyyat olunub Bu gün, 15:48 Qriqoryan: Azərbaycanla sülh müqaviləsinin imzalanma yeri və vaxtı hələ müəyyən edilməyib Bu gün, 14:48 Ağrıları azaltmağın yolu tapıldı Bu gün, 14:48 Bəzi iaşə obyekti sahibləri barədə inzibati tənbeh tədbirləri görülüb Bu gün, 14:48 Ermənistan-Türkiyə sərhədi 11 günlük açılacaq Bu gün, 14:48 Sabahla bağlı əhaliyə XƏBƏRDARLIQ Bu gün, 14:48 SOCAR-ın prezidenti Con Ardil ilə görüşüb Bu gün, 13:48 Bu gecə ehtimal edilən ikinci Qədr gecəsidir Bu gün, 13:48 Ekrem İmamoğlunun həbsindən sonra internetdə təxribat törədənlərin sayı açıqlanıb Bu gün, 13:48 Bayram tətilində hara getməli? - "Kaspi"nin araşdırması Bu gün, 13:48 Rusiyada miqrant əlinə silah alıb küçədə rəqs etdi Bu gün, 13:48 Ən uğurlu insanlar bu aylarda doğulub Bu gün, 12:48 Türkiyəli sürücü Ələt-Astara yolunda qəfil vəfat etdi Bu gün, 12:48 Narkotikin təsiri altında avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs olunub Bu gün, 12:48 Moskva əhalisinə martın 23-ü ilə bağlı xəbərdarlıq edilib Bu gün, 12:48 Bakıda qadını şəkilləri ilə şantaj etməkdə şübhəli bilinən şəxs saxlanılıb Bu gün, 12:48 "Kişinin də arvadı artist olar?" - Xalq artisti Bu gün, 11:48 Saqqız çeynəyənlər mütləq oxusun - Zərərləri açıqlandı Bu gün, 11:48 Novruz bayramını Qarabağda qeyd etmək istəyənlərin DİQQƏTİNƏ Bu gün, 11:48 Xırdalanda yaşayış binasında baş vermiş yanğın söndürüldü Bu gün, 11:48 Bayramda rayona gedənlərin NƏZƏRİNƏ - DİN məlumat yaydı Bu gün, 10:48 "Qarabağ" bu futbolçusuna "qapını göstərdi": özünə komanda TAP! Bu gün, 10:48 Bu gün Beynəlxalq Xoşbəxtlik Günüdür Bu gün, 10:48 Baharda taleyi kökündən dəyişəcək yeganə BÜRC Bu gün, 10:48 Bu ərazilərdə qarın hündürlüyü 9 santimetrə çatıb - FAKTİKİ HAVA Bu gün, 10:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR