
Malavi prezidenti Lazarus Çakvera vitse-prezident Saulos Çilimanın təyyarə qəzasında həlak olması ilə bağlı iyunun 12-də milli matəm elan edib.
"AVESTA.AZ" xəbər verir ki, bu barədə “The Nation” qəzeti məlumat yayıb.
Qeyd edək ki, iyunun 10-da vitse-prezident və daha 9 nəfəri daşıyan təyyarə qatı duman səbəbindən ölkənin Bombo bölgəsində qəzaya uğrayıb. Xilasedicilər təyyarənin və ölənlərin cəsədlərinin qalıqlarını iyunun 11-də Çikanqva meşəsi ərazisində aşkar ediblər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.