
ABŞ və Braziliyanın futbol milliləri yoldaşlıq oyununda üz-üzə gəliblər.
"Report" xəbər verir ki, qarşılaşma heç-heçə yekunlaşıb - 1:1.
17-ci dəqiqədə braziliyalı Rodriqo hesabı açıb. 26-cı dəqiqədə Kristian Pulişiç tarazlığı bərpa edib.
Qeyd edək ki, hər iki yığma 20 iyun - 14 iyul aralığında keçiriləcək Amerika Kubokunda mübarizə aparacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.