13-06-2024, 18:30 641

BTQ: Fransa neokolonial siyasətini dayandırmalı və kanak xalqının azadlığını təmin etməlidir - YENİLƏNİB

Bakı Təşəbbüs Qrupunun dəstəyi ilə Keniyanın paytaxtı Nayrobidə “Dekolonizasiya prosesində beynəlxalq təhlükəsizlik, diplomatiya və effektiv kommunikasiyanın rolu” adlı hibrid konfrans təşkil edilib.

"AVESTA.AZ" xəbər verir ki, konfransda 30-a yaxın Azərbaycan və Keniya media nümayəndələri, Fransanın müstəmləkəçiliyindən əziyyət çəkən Yeni Kaledoniya və Fransız Qvianasını milli müstəqillik hərəkatı və siyasi partiyalarının rəhbər heyəti və üzvləri iştirak edib.

Tədbirdə Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov çıxış edərək bildirib ki, Azərbaycan 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına (QH) sədrlik etdiyi, hazırda isə “Troyka”nın üzvü olduğu Qoşulmama Hərəkatı çərçivəsində fəaliyyətini QH-nin müvafiq sənədlərində öz əksini tapmış prinsiplər üzərində quraraq, XXI əsrdə dünyada kolonializmə son qoymaq üçün fəal iş aparır, dekolonizasiya prosesinə töhfələr verir:

"Hərəkat çərçivəsində müstəmləkəçilikdən əziyyət çəkən xalqların nümayəndələrinin iştirakı ilə yaradılmış qeyri-hökumət təşkilatı Bakı Təşəbbüs Qrupu (BTQ) beynəlxalq hüququn norma və prinsipləri əsasında müstəmləkədən azad olmaq arzusunda olan xalqların ədalətli mübarizəsini dəstəkləyir. Təşkilatımız BMT-nin müvafiq qurumları, o cümlədən İnsan Hüquqları Şurası, eləcə də Bakı Təşəbbüs Qrupunun təmsil olunduğu Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi və digər aidiyyəti təşkilatlarda beynəlxalq platformalar vasitəsilə müstəmləkələrdəki mövcud vəziyyəti dünya ictimaiyyətinin daim diqqətinə çatdırır və bu fəaliyyət yüksələn xətlə inkişaf edir".

O, həmçinin bildirib ki, Bakı Təşəbbüs Qrupu tərəfindən təşkil edilmiş 10-dan çox beynəlxalq tədbirdə müstəmləkəçiliyin siyasi, iqtisadi və mədəni sahələrə mənfi təsiri, o cümlədən Yeni Kaledoniyada və digər müstəmləkələrdə baş verən insan hüquqlarının pozulması məsələləri qaldırılıb və müzakirələr aparılıb.

"Fransa hakimiyyət orqanları tərəfindən Yeni Kaledoniyada müstəqillik tələb edən mülki əhaliyə qarşı zorakılıq halları və insan hüquqlarının pozulması Fransa hökumətinin BMT və Qoşulmama Hərəkatı tərəfindən qəbul edilmiş dənizaşırı ərazilərin müstəmləkədən azad olması və müstəqillik əldə etməsinə dair sənədlərini praktiki olaraq yerinə yetirmək üçün siyasi iradəsinin olmadığını nümayiş etdirir.

Kolonializmdən qurtulmaq fundamental hüquqdur və biz, öz xalqı üçün daha yaxşı və layiqli gələcək arzu edən xalqlara dəstəyimizi ifadə edirik və Bakı Təşəbbüs Qrupu olaraq bildiririk ki, Kanak xalqının müstəqilliyi uğrunda ədalətli mübarizəsini dəstəkləməyə davam edəcəyik.

Biz Kanak xalqı ilə tam həmrəy olduğumuzu bəyan edərək, onların seçki qanunvericiliyinin Kanak xalqının iradəsinə zidd dəyişdirilməsinə qarşı ədalətli mübarizəsini dəstəkləməklə bərabər, Fransa hakimiyyəti tərəfindən təklif olunan düzəlişlərin ləğv olunmasını tələb edirik.

Kanak xalqının Müstəqillik əldə edənə qədər dəstəklənməsi beynəlxalq hüquqa, beynəlxalq təşkilatların qəbul etdiyi müvafiq sənədlərinə, xüsusilə 1960-cı il dekabrın 14-də yenicə suverenlik əldə etmiş ölkələrin təşəbbüsü ilə BMT Baş Assambleyasnın “Müstəmləkə ölkələrinə və xalqlarına müstəqilliyin verilməsi haqqında Bəyannamə” adlı 1514 (XV) saylı qətnaməsinə müvafiq olaraq bir öhdəlikdir. Bu baxımdan Kanak xalqının və müstəqillik tərəfdarlarının indiki bütün nümayişləri qanuni hesab edilir.

Biz Fransanı kolonial siyasətini dayandırmağa və Kanak xalqının öz müqəddəratını təyin etmək hüququnun təmin olunmasına çağırırıq!

Biz bütün müvafiq beynəlxalq və qeyri-hökumət təşkilatlarını, media resurslarını Yeni Kaledoniyadakı real vəziyyəti, insan hüquqları pozuntularını dünya ictimaiyyətinə çatdırılmasını davam etdirməyə çağırırıq", - A.Abbasov söyləyib.

16:37

Fransanın Yeni Kaledoniyada əsas insan hüquqlarını pozması onun BMT Baş Assambleyasının xarici ölkələrin dekolonizasiyasına dair qətnamələrini yerinə yetirmək üçün siyasi iradəyə malik olmadığının daha bir sübutudur.

“AVESTA.AZ” xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov “Dekolonizasiya, beynəlxalq diplomatiya və müasir dünyada kommunikasiyanın rolu” mövzusunda dəyirmi masa müzakirələri və mətbuat konfransında deyib.

Onun sözlərinə görə, öz müqəddəratını təyinetmə hüququ başlıca məsələdir: "BTQ öz xalqının daha yaxşı və ləyaqətli gələcəyi üçün çalışanları dəstəkləyir".

“BTQ kanak xalqının müstəqilliyi uğrunda mübarizəsini dəstəkləməyə davam edəcək. Biz kanak xalqı ilə tam həmrəy olduğumuzu bildiririk. Onların elektoratın genişlənməsinə qarşı ədalətli mübarizəsini dəstəkləyirik. Həmçinin Fransa hakimiyyətinin təklif etdiyi düzəlişlərin ləğvini tələb edirik. Fransanı neokolonial siyasətini dayandırmağa və kanak xalqına taleyini təyin etmək azadlığını təmin etməyə çağırırıq”, - o bildirib.

Paylaş

Xəbər lenti

Bayram günlərində hərbi qulluqçuların yürüşləri və hərbi orkestrlərin nümunəvi çıxışları təşkil ediləcək Bu gün, 12:48 Məşhur ədviyyatın qaraciyəri qocalmadan qoruya biləcəyi məlum olub Bu gün, 12:48 Nicat İmanov: "İki il fəaliyyət göstərən KOB-lara 25 %-lik vergi güzəşti veriləcək" Bu gün, 12:48 Gökhan Özen: "Gözümdən əməliyyat olundum, dedilər botoks etdirmişəm" Bu gün, 12:48 Süni intellektlə şirkət rəhbərlərini təqlid edərək 130 milyon dollarlıq dələduzluq etdilər Bu gün, 12:48 Yasamalda boru partlayıb, su küçəboyu fontan vurur Bu gün, 12:48 İlham Əliyev və Mehriban Əliyeva Cəbrayıl rayonunda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər Bu gün, 12:48 AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir Bu gün, 12:48 Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? - Hakim açıqladı Bu gün, 11:48 NETTY 2026 ərizə qəbulu elan edilib Bu gün, 11:48 Nostradamusun 2027-ci il proqnozları üzə çıxdı - Müharibə, qızılın bahalaşması... Bu gün, 11:48 "İrşad" Zəfər sevincini "Şad Günlər"lə qeyd edir! Bu gün, 11:48 Gürcüstanda azərbaycanlı qardaşları öldürən şəxs yaxalandı Bu gün, 11:48 Bu şəxslər üçün yeni yaşayış evləri tikiləcək Bu gün, 11:48 Kamilo Durandan Azərbaycan bayrağı açan azarkeşə jest - ANBAAN VİDEO Bu gün, 11:48 Qobustanda göbələkdən zəhərlənənlərin son durumu Bu gün, 11:48 Azərbaycan əcnəbilər üçün bir sıra dövlət rüsumları müəyyən edir Bu gün, 11:48 Yol polisi bayramla əlaqədar səfər edəcək sürücülərə müraciət edib Bu gün, 11:48 Bu halda sürücülük vəsiqəsi PULSUZ dəyişdiriləcək Bu gün, 11:48 Toy üçün qızıl almaq istəyənlərin NƏZƏRİNƏ - YENİ QİYMƏTLƏR Bu gün, 11:48 Ayın 12-nə qədər geomaqnit qasırğası olacaq? Bu gün, 11:48 ADY-yə məxsus nasosda problem yarandı, tuneli su basdı Bu gün, 11:48 Azərbaycanda vergi borclarına görə hesablanan faizlərin iki dəfə azaldılması təklif edilir Bu gün, 11:48 Şəhid ailələri ilə bağlı yeni güzəşt gündəmdə Bu gün, 10:48 Azərbaycan neftinin qiyməti 107 dollara yaxınlaşır Bu gün, 10:48 İşləməyə ehtiyacı olmayan şəxslər qeydiyyata alınacaqlar Bu gün, 10:48 Azərbaycanda kimlərin maaşları artacaq? - Komitə üzvü danışdı Bu gün, 10:48 Xınalıqda qarın hündürlüyü 15 santimetrə çatıb Bu gün, 10:48 Bakıda Azərbaycan və İtaliya hərbi ekspertlərinin iştirakı ilə təlim keçirilib Bu gün, 10:48 "Omid" Mağazalar Şəbəkəsinin rəhbəri həbs edildi Bu gün, 10:48 Gürcüstanın №1 daşınmaz əmlak şirkət Archi bir gündə mənzil satışları üzrə yeni rekorda imza atıb! Bu gün, 10:48 DTX-nin Akademiyasında Zəfər gününə həsr olunan elmi-praktiki konfrans keçirilib Bu gün, 10:48 Mingəçevirdə yük avtomobili bataqlıqda batıb, iki nəfər xilas edilib Bu gün, 10:48 Bakıda polkovnik avtomobili ilə qadını vurub öldürdü Bu gün, 10:48 Gəncədə evdən kişi meyiti tapılıb Bu gün, 09:48 Qızıl və gümüşün qiyməti UCUZLAŞDI Bu gün, 09:48 Azərbaycanda mənzillərdəki elektron cihazlar qeydiyyata alınacaq Bu gün, 09:48 İnəkdən sağılan və balalarına içirdilən süd də uçota alınacaq - Yeni qərar Bu gün, 09:48 Azərbaycanlı ictimai və siyasi xadim Heydər Camalın doğum günüdür Bu gün, 09:48 Fatmayıda partlayış olub, iki nəfər xəsarət alıb Bu gün, 09:48 Qoyunlardan qırxılmış yun qeydiyyata alınacaq Bu gün, 09:48 Azərbaycanlı xanəndənin həyat yoldaşı bu səbəbdən həbs edildi Bu gün, 09:48 Azərbaycan Premyer Liqasında XI tura start verilir Bu gün, 09:48 Quba və Qusarın dağlıq ərazilərinə qar yağıb Bu gün, 08:48 Bakıda bu ünvanlarda işıq olmayacaq Bu gün, 08:48 UEFA Avropa Liqası: "Trabzonspor" öz meydanında, "Beşiktaş" isə səfərdə uduzdu Bu gün, 08:48 Türkiyənin sabiq naziri həbs edildi Bu gün, 08:48 Beynəlxalq axtarışda olan Elmir Nuriyev Almaniyadan Azərbaycana gətirilib Bu gün, 08:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR