
Almaniya çempionu "Bayer 04" heyətini yeni futbolçu ilə gücləndirib.
"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, leverkuzenlilər İspaniya təmsilçisi "Jirona"nın üzvü Aleyş Qarsiya ilə anlaşıb.
İspaniyalı yarımmüdafiəçi yeni komandası ilə 5 illik sözləşməyə imza atıb.
Qeyd edək ki, A.Qarsiya ötən mövsüm "Jirona"nın heyətində meydana çıxdığı 40 oyunda 3 qol vurmağı bacarıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.