
Sabirabad rayonunda yol-nəqliyyat hadisəsi zamanı iki nəfər xəsarət alıb.
“AVESTA.AZ”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Qalağayın kəndi ərazisində qeydə alınıb.
Belə ki, iki avtomobilin toqquşması nəticəsində rayonun Qalağayın kənd sakinləri – 1948-ci il təvəllüdlü Kərimov Aydın Əhməd oğlu və 1986-cı il təvəllüdlü Əliyev Xəyal Nəbi oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.