
Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində keçirilən Polşa - Niderland matçında ilk hissə başa çatıb.
"Report" xəbər verir ki, komandalar fasiləyə 1:1 hesablı bərabərliklə yolanıblar.
Polşanın heyətində Adam Buksa, holladlardan isə Kodi Qakpo fərqlənib.
Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində keçirilən Polşa - Niderland matçında hesab bərabərləşib.
"Report" xəbər verir ki, ilk yarım saatın tamamına bir dəqiqə qalmış Kodi Qakpo "narıncılar"ın bərabərlik qolunu vurub - 1:1.
Qarşılaşma davam edir.
Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində keçirilən Polşa - Niderland matçında hesab açılıb.
"Report" xəbər verir ki, 16-cı dəqiqədə Adam Buksa "narıncılar"ı cəzalandırıb.
Qarşılaşma davam edir.
Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində daha bir görüş keçirilir.
"Report" xəbər verir ki, D qrupunun ilk matçı Polşa və Niderland milliləri arasında start götürüb.
Hamburq şəhərindəki oyunu portuqaliyalı baş hakim Artur Diaş idarə edir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.