
Heç kim bu nəticəni gözləmirdi.
"AVESTA.AZ"un məlumatına görə, bunu futbol üzrə Ukrayna yığmasının baş məşqçisi Sergey Rebrov Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsində Rumıniyaya uduzduqları (0:3) oyun barədə danışarkən deyib.
Mütəxəssis topa sahib olsalar da, qol vəziyyətləri yarada bilmədiklərini söyləyib: "Qarşıda bizi Slovakiya yığması ilə çox ciddi qarşılaşma gözləyir. Növbəti matça hazırlaşmalıyıq".
Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.