
Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsinin II turunda baş tutan Sloveniya - Serbiya matçının ən yaxşı futbolçusu müəyyənləşib.
"AVESTA.AZ" UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, sloveniyalıların heyətində Yan Karniçnik qarşılaşmanın ən yaxşı oyunçusu seçilib.
29 yaşlı müdafiəçi Serbiya ilə matçda komandasının yeganə qolunu vurub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.