24-02-2022, 10:27 737

I Dünya müharibəsindən sonra formalaşmış yeni dünya düzəni, bəşəriyyətin tərəqqisi və humanistləşməsi istiqamətində geniş vüsət alan etik-siyasi təkamül prosesləri etnik, dini, irqi ayrı-seçkiliyə əsaslanan zorakılığın artıq tarixin arxivində qaldığına böyük ümidlər yaratmışdı. Təəssüf ki, yenicə toxumları cücərməyə başlayan bu ümidlər əsrin sonlarına doğru yenidən Avropanın qonşuluğunda alovlanan etnik müharibələrlə sönməyə başladı.
 
1988-ci ildə Ermənistanda yaşayan 300 min azərbaycanlının öz evlərindən və torpaqlarından qovulması ilə Cənubi Qafqazda Azərbaycanlılara qarşı etnik təmizləmə prosesi başladı. Ermənistanda yerləşən 185 Azərbaycan kəndində yaşayan 300 mindən çox həmvətənimiz öz tarixi torpaqlarından qovuldu, onlara məxsus 31 min yaşayış evi, 165 kolxoz və sovxoz, çox sayda mal qara və bütün əmlakları qarət olundu. Bu əməliyyatlarda 225 nəfər öldürüldü, 1154 nəfər yaralandı. Yüzlərlə soydaşlarımız fiziki işgəncələrə məruz qaldı və şikəst oldular.
 
Az sonra erməni hərbi birləşmələrinin Azərbaycan ərazisinə təcavüzü Dağlıq Qarabağ ərazisinin və onun ətrafındakı daha 7 rayonun işğalı ilə nəticələndi. Qarabağ müharibəsinin ən faciəli səhifəsi isə 7 min əhalisi olan Xocalı şəhərinin yer üzündən tamamilə silinməsi oldu. 1992-ci ilin fevralın 25-dən 26-a keçən gecə Ermənistan dövləti tərəfindən hazırlanmış əməliyyat planı əsasında erməni quldurları bir neçə həftə öncədən mühasirəyə alınmış Xocalı şəhərinə hücum etdilər.
 
Şaxtalı qış gecəsində qaçıb canını qurtarmağa çalışan dinc sakinlər təqib edilərək yollarda və meşələrdə gülləbaran edildilər. Şəhər tamamilə yandırılıb məhv edildi. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. 76-sı uşaq olmaqla, 487 nəfər yaralandı, 1275 nəfər əsir götürüldü. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
 
Amansızlığına görə dünya tarixində törədilmiş ən qəddar cinayətləri belə üstələyən bu soyqırımı aktı təkcə Azərbaycan türklərinə qarşı deyil, bütövlükdə insanlığa, bəşəriyyətə, beynəlxalq sülhə qarşı törədilmiş ən ağır cinayət idi.
 
Bütövlükdə, 33 il davam edən işğal ərzində təcavüzkar Ermənistan havadarlarının köməyi ilə Azərbaycanın, təxminən, 20 faiz ərazisini təşkil edən 12 rayonunda yerləşən 700 yaşayış məntəqəsini öz nəzarətində saxladı. İşğalçı quldur dəstələri 20 mindən çox azərbaycanlını vəhşicəsinə öldürdü, 4 minə qədər dinc əhali əsir düşdü. Əsir götürülənlərin əksəriyyəti uşaq, qadın və qocalardan ibarət idi. İtkin düşmüşlərin sayı 4965 nəfər oldu. Onlardan 320 qadın, 69 isə uşaq idi. 1 milyona yaxın azərbaycanlı öz doğma yuvalarından qovularaq qaçqına və məcburi köçkünə çevrildi.
 
Bütün bu hadisələrin cərəyan etdiyi zamanda dünya susurdu, Türkiyə və Pakistan kimi dost-qardaş ölkələrdən başqa Azərbaycanlıların fəryadına səs verən yox idi. O zaman dünya nəinki erməniləri qınadı, hətta ermənilərin bu vəhşiliyinə əl-altdan dəstək verən dövlətlər, siyasi xadimlər, dini rəhbərlər də tapıldı. Bəzi beynəlxalq təşkilatların zorakılıqdan çəkinmək çağırışlarını eşitməzliyə vuran ermənilər 1993-cü ildə BMT-nin bütün işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz geri çəkilmək haqqında qəbul etdiyi 4 Qətnaməyə də məhəl qoymadı.
 
Erməni lobbisinin Azərbaycan əleyhinə apardığı riyakar təbliğata geniş meydan verən Avropa susdu, işğalçıya “dur” deyən və onu durmağa məcbur edən güc tapılmadı. Bütün bu hadisələri planlayan, həyata keçirilməsində bilavasitə iştirak edən erməni ideoloqları Zori Balayan, Silva Kaputikyan, o zamankı Ermənistan prezidenti Levon Ter-Petrosyan, səhra komandirləri Robert Koçaryan, Serj Sarkisyan, Seyran Ohanyan və başqaları isə soyqırımı və insanlıq əleyhinə cinayətlər törətdiyinə görə mühakimə olunmaq əvəzinə Ermənistanda siyasi hakimiyyətə yiyələndilər və aşkar işğalçılıq siyasətini davam etdirdilər.
 
Bütün təzyiqlərə və təhdidlərə baxmayaraq, ölkəmizin davamlı inkişafa nail olması və regionun aparıcı dövlətinə çevrilməsi həm də Qarabağ münaqişəsinin Azərbaycanın milli maraqları çərçivəsində həllini gerçəkləşdirdi. Bu məsələdə Azərbaycanın ən güclü silahı - onun haqlı mövqeyi oldu. Azərbaycanın haqlı mövqeyinin arxasında Prezident İlham Əliyevin beynəlxalq siyasətin ədalətli münasibətini və beynəlxalq hüquq normalarının yerinə yetirilməsini gerçəkləşdirmək iradəsi dayanırdı. Dövlətlərin ərazi bütövlüyünə, ölkələrin suverenliyinə qarşı real təhdidlər olduğu halda, gücdən istifadə etmək hüququ kimi beynəlxalq hüququn prinsipləri Azərbaycana istənilən yolla öz torpaqlarını azad etmək, öz sərhədləri daxilində suverenliyini bərpa etmək imkanları yaradırdı.
 
Nəhayət, 2020-ci ilin payızında Prezident, Ali Baş Komandan İlham Əliyevin müdrik və qətiyyətli rəhbərliyi altında, xalqımızın müstəsna birliyi və həmrəyliyi şəraitində Silahlı Qüvvələrimiz 44 günlük Vətən müharibəsində beynəlxalq hüqüqun tələbini və milli iradəni tam şəkildə gerçəkləşdirdi. Sentyabrın 27-də 30 ilə yaxın işğal altında qalan torpaqlarımızı azad etmək üçün müqəddəs savaşa qalxan Azərbaycan Ordusu Ermənistanın, demək olar ki, bütün ordusunu və separatçı rejimin quldur dəstələrini darmadağın edərək, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. Bununla da 1993-cü ildə BMT tərəfindən qəbul olunmuş 4 qətnamənin həyata keçirilməsi təmin olundu.
 
Amma Xocalı soyqırımı unudulmadı. BMT tərəfindən 1948-ci ildə qəbul edilmiş “Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyada əks olunan müddəalara müvafiq olaraq, cinayət hadisələrini soyqırım kimi xarakterizə edən bütün xüsusiyyətləri Xocalının acı taleyində görmək mümkündür. Özündə dözümsüzlüyü, etnik-dini ayrı-seçkiliyi, məqsədli etnik təmizləməni, ağlasığmaz işgəncələri birləşdirən Xocalı qətliamı əsl soyqırımı hadisəsidir.
 
Xocalı soyqırımına beynəlxalq müstəvidə hüquqi qiymət verilməsi və bu cinayətin hazırlanmasında və həyata keçirilməsində iştirak etmiş cinayətkarların beynəlxalq cinayət məhkəməsi qarşısına çıxarılması da öz vaxtını və saatını gözləyir. 44 günlük savaşda ağır məğlubiyyətin sərt ağrısını yaşayan Ermənistan 30 il ərzində apardığı təcavüz və işğal siyasətinin acı nəticələri altında inləyir. Ölkə iflic vəziyyətində, insanlar isə dərin məyusluq və çaşqınlıq içərisində küçələrdə dolaşır və vəziyyətdən çıxış yolu axtarırlar.
 
Azərbaycanın həyatında isə yeni bir mərhələ - azad olunmuş ərazilərin bərpası mərhələsi başlayır. Talanlara və qeyri-qanuni istismara məruz qalmış Qarabağ torpaqlarımızda artıq geniş abadlıq-quruculuq işlərinə başlanıb. Ərazilərin minalardan təmizlənməsi, müasir infrastruktur təsərrüfatının qurulması, yeni şəhər və kəndlərin salınması məcburi köçkünlərin öz dogma ocaqlarına qayıtmasını günbəgün yaxınlaşdırır. Lakin Qarabağın azad olunması nə Ermənistanın, nə də onun adından 30 il torpaqlarımızı işğal altında saxlamış, soydaşlarımızı həyatından və bütün hüquqlarından məhrum etmiş Levon Ter-Petrosyan, Robert Koçaryan, Serj Sarkisyan və digər cinayətkarların məsuliyyətdən qaça biləcəyi anlamına gəlmir.
 
Hərb meydanında ədalət öz yerini tutdu, indi Azərbaycan xalqının düşmənlərini ədalət məhkəməsi gözləyir. Gec və ya tez hər bir qatil və quldur erməni Azərbaycan xalqına qarşı törətdiyi bütün cinayətlərə görə, o cümlədən Xocalı soyqırımına görə öz layiqli cəzasını alacaq.
 
Cavanşir Feyziyev
Milli Məclisin deputatı, fəlsəfə doktoru
Paylaş

Xəbər lenti

Metroda generatorlar niyə işə düşməyib? Bu gün, 17:48 Tərkibində təhlükəli maddə aşkarlanan kəsmiklə bağlı RƏSMİ AÇIQLAMA Bu gün, 17:48 Ölkə üzrə aprelin pensiya ödənişləri yekunlaşıb Bu gün, 17:48 Bakı metrosunda baş verən hadisə ilə əlaqədar iki nəfər xəstəxanaya aparılıb Bu gün, 17:48 Ərindən ayrılan üç uşaq anasını SEVGİLİSİ DÖYDÜ Bu gün, 17:48 "Fitch Ratings" İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib Bu gün, 17:48 Evində söküntü zamanı üzərinə beton düşdü, öldü Bu gün, 16:48 Bakı metrosunun stansiya rəisi ÖLÜB Bu gün, 16:48 İtaliyanın Baş naziri Ciorcia Meloni mayın 5-də Azərbaycana gələcək Bu gün, 16:48 Bakıda qanunsuz parklanma yeri yaradıb sürücülərdən pul alırlar? - DİN-dən açıqlama Bu gün, 16:48 UFC Bakı Şəhər Halqası ilə çoxillik tərəfdaşlıq çərçivəsində Azərbaycana qayıdır Bu gün, 16:48 Avtomobillərin icbari sığortasında YENİ DÖVR - Bəzi sürücülərə BÖYÜK GÜZƏŞTLƏR ediləcək Bu gün, 16:48 Prezident güzəştli ipoteka krediti ilə bağlı fərman imzaladı Bu gün, 16:48 Leyla Əliyevanın təşəbbüsü ilə icra olunan "Gənc arıçı" layihəsi Yevlaxda keçiriləcək Bu gün, 16:48 Metropoliten: Hadisə baş verən anda xətdə 30 qatar olub, 4-ü tuneldə qalıb Bu gün, 16:48 Bakı metrosunun bağlanmasının səbəbi bilindi Bu gün, 16:48 SON DƏQİQƏ! - Metroda hərəkət bərpa edildi Bu gün, 15:48 "Qarabağ" Elvini satışa çıxardı Bu gün, 15:48 Yardımlıda ödənişsiz tibbi müayinələr keçirilib Bu gün, 15:48 Suraxanıdakı məktəbdə şagirdin hədəsi səbəbindən dərslər dayandırılıb? - RƏSMİ Bu gün, 15:48 Azərbaycana qaçaqmalçılıqla narkotik gətirən şəxs tutulub Bu gün, 15:48 Narkoloji Dispanserdə 26 yaşlı oğlan öldü Bu gün, 15:48 Kukla Teatrına direktor müavini təyin olunub Bu gün, 15:48 Gəncədə ər arvadını baltaladı Bu gün, 14:48 Parlament İnzibati Xətalar Məcəlləsinə çoxsaylı dəyişiklikləri qəbul edib Bu gün, 14:48 Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib Bu gün, 14:48 Tərbiyə məqsədilə uşağı döyən valideyn və müəllim 200 manatadək cərimələnəcək Bu gün, 14:48 Dövlət vəsaitlərindən təyinatı üzrə istifadə edilməməsi haqda cəzalara dəyişiklik son oxunuşda qəbul edilib Bu gün, 14:48 Bakıda metronun işləməməsi ilə bağlı yeni qərar verildi, bəzi avtobuslar sərnişinləri pulsuz daşıyır Bu gün, 14:48 Metronun bağlanması səbəbindən avtobuslarda SIXLIQ VAR Bu gün, 14:48 Saat 09:00-da 20 mindən çox abonentin QAZI KƏSİLƏCƏK Bu gün, 14:48 Növbəti köç karvanı Qırmızı Bazar qəsəbəsinə yola salınıb Bu gün, 14:48 "SOCAR PETROLEUM" Xəzər dənizində "gəmidən gəmiyə" üsulu ilə yanacaq təchizatı əməliyyatlarına start verib Bu gün, 13:48 Azərbaycanda 100 yaşdan yuxarı 288 pensiyaçı var – ən yaşlı şəxs 136 yaşındadır Bu gün, 13:48 Girişi bağlanan metro stansiyasından GÖRÜNTÜLƏR Bu gün, 13:48 Bürcləri bu həftə nələr GÖZLƏYİR? Bu gün, 13:48 Bakı metrosuna giriş nə vaxt bərpa olunacaq? - RƏSMİ AÇIQLAMA Bu gün, 13:48 "Apple"da rəhbərliyə Tim Kukun yerinə Con Ternus gətirilir Bu gün, 13:48 ABŞ-də Netenyahu zarafatı tələbənin 15 il müddətinədək HƏBSİNƏ səbəb oldu Bu gün, 13:48 Əhməd Əhmədov tibb müəssisəsindən azadlığa buraxılıb? - RƏSMİ Bu gün, 13:48 AFFA İntizam Komitəsi "Neftçi"ni 26200 manat cərimələyib Bu gün, 13:48 Azərbaycanda cərimələrlə bağlı MÜHÜM YENİLİK Bu gün, 13:48 Beyləqanda antisanitar vəziyyətdə olan kafe bağlandı Bu gün, 13:48 Kənar dairəvi yolda avtomobil "Kamaz"la toqquşub, ölən və xəsarət alanlar var Bu gün, 12:48 AFFA "Qarabağ" və "Sabah"ı azarkeşlərə görə 5000 manat cərimələyib Bu gün, 12:48 Xocavəndin Qırmızı Bazar qəsəbəsinə növbəti köç karvanı yola salınıb Bu gün, 12:48 Azərbaycanda daha bir cərimənin miqdarı artırılacaq? Bu gün, 12:48 Ermənistana dizel yanacağı daşıyan qatar Biləcəridən yola düşüb Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR