
Ukrayna hərbçiləri Xarkov vilayətinin Rusiya ilə sərhədinə iki kilometrdən az məsafədə yerləşən Qoptovka kəndinə daxil olublar.
Bu barədə "AVESTA.AZ" Ukrayna Silahlı Qüvvələrinin 130-cu taborunun yaydığı açıqlamaya istinadən xəbər verir.
"Sentyabrın 11-də Qoptovka Ukrayna Silahlı Qüvvələrinin nəzarətinə keçib. 130-cu taboru bütün Ukrayna xalqına salamlar göndərir", - hərbçilər yaydığı videoda deyirlər.
Eyni zamanda Ukrayna hərbçiləri Borşevaya kəndinə daxil olublar. Bu barədə isə əlahiddə ərazi müdafiə batalyonu teleqram kanalında məlumat yayıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.