24-06-2024, 17:16 525

Fransa və Ermənstanın KTMT planı - ŞƏRH

Ermənistan sülh prosesinə əngəl törəməkdə davam edir. Bir tərəfdən Azərbaycanla sülh sazişinin imzalanması istiqamətində bəyanatlar verir, digər tərəfdən sərhəddə təxribatlar törədir, ordusunu müasir silahlarla təchiz edir. Bu il iyunun 19-da Fransanın 36 ədəd SEZAR özüyeriyən haubitsasının Ermənistana verilməsi isə riyakarlığın, İrəvanın saxtakar mahiyyətinin pik həddi olub. Bu azmış kimi, 100-ə yaxın tanınmış fransız ictimai-siyasi xadim Ermənistana silahlı qüvvələrin göndərilməsi xahişi ilə prezident Emmanuel Makrona müraciət ünvanlayıb.

Müraciətdə Fransa hərbçilərinin "sülhməramlı kontingent" şəklində Ermənistana göndərilməsinə çağırışın yer aldığı məlum olub.

Təsadüfi deyil ki, son dövrlərdə Ermənistan rəsmilərinin Fransaya səfərlərinin sayı artıb. Bu günlərdə ölkənin Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Fransa prezidentinin xarici məsələlər üzrə müşaviri Emmanuel Bonn ilə görüşüb. Danışıqların məzmunu barədə danışan Qriqoryan ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıq və erməni-fransız münasibətlərinin müzakirə olunduğunu dilə gətirib. Regiondakı vəziyyət və bölgədə təhlükəsizlik məsələləri də danışıqlarda müzakirə olunub. Bundan əlavə, onun Makronun diplomatik müşaviri Emmanuel Buxvalter və diplomat Bris Rokfeylə də görüşü baş tutub. Qriqoryanla eyni vaxtda müdafiə naziri Suren Papikyan da Parisə səfər edib. Məhz bu səfərdən sonra Ermənistana SEZAR özüyeriyən haubitsasının verilməsi qərara alınıb.

Fransa və Ermənistan arasında əldə olunan razılaşmaların təfərrüatlarına gəldikdə müxtəlif ehtimallar səslənir.

Birincisi, Fransa Qərbdən Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı mövqeyində dəstək almağa çalışır. Ermənistanın hədəfi bəllidir. Bu ölkə KTMT ilə bağlı mütəmadi şantaj xarakterli addımlar atır. Mesajı da bundan ibarətdir - "təşkilatı tərk etsək, bizi NATO-ya üzv qəbul edəcəksiniz?". Burada əsas vasitəçi Fransadır. Əgər “yox” cavabı verilsə, Ermənistan hakimiyyəti KTMT və Rusiyaya qarşı ritorikasını yumşalda bilər. Lakin NATO-ya üzvlük və təhlükəsizliklə bağlı vəd verilərsə, İrəvan KTMT-dən çıxmaq barədə işlərə start verəcək.

İkincisi, İrəvan bu kimi addımlarla Parisin Azərbaycana qarşı sərt mövqe nümayiş edəcəyinə ümid edir. Məsələn, ermənilər istəyir ki, Fransa Azərbaycanla bağlı irəli sürdüyü bir sıra təşəbbüsləri BMT Təhlükəsizlik Şurasına çıxarsın. Hərbi əməkdaşlıq məsələsinə gəldikdə, Ermənistanın baş naziri Nikol Paşinyan Fransa hakimiyyət orqanlarından təkcə silah deyil, daha çox şey istəyir. Məsələn, o, erməni ordusunun tədrisində və təlimində Fransanın yardımından bəhs edir.

Yelisey sarayı isə İrəvanın KTMT-dən tez bir zamanda çıxmasına çalışır. Nəinki Fransa, kollektiv Qərb Ermənistanı Qafqazda növbəti anti-Rusiya meydançası kimi nəzərdən keçirirlər. Ssenari də belədir ki, erməni hakimiyyət orqanları KTMT-də böhran yaradacaq, nəticədə Rusiya hərbi bazasını ölkədən çıxaracaq. Hərbi iştirakını itirdikdən sonra KTMT İrəvanı öz sıralarından xaric edəcək. Elə Nikol Paşinyan hökuməti 2019-cu ildən də buna nail olmağa çalışır.

Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra ilk addımı məhz KTMT ilə bağlı olub. Təşkilatın baş katibi Yuri Xaçaturov barəsində çıxarılan həbs qərarını yada salaq. Bu səbəbdən indiki komanda hər vəchlə çalışır ki, onu KTMT-dən çıxarmaq üçün səbəb tapılsın. İrəvanı tələsdirən də var – Fransa.

Ermənistan isə indiki siyasi kursu saxlamaqla problemlərini artırmış olacaq. Cənubi Qafqazda onun vasitəsilə həyata keçirilən hərbi-siyasi oyunda Paris Moskva ilə qarşıdurmada güclənməyə çalışır. Ermənistanı isə bu oyunda alət kimi istifadə edir. Bu siyasət davam edəcəksə, Ermənistan dünya nəhənglərinin ilk qurbanına çevriləcək. Belə durumda İrəvanın yenidən Moskvaya doğru istiqamət götürəcəyi gözləniləndir. Qarşı tərəf də bunu istisna etmir. Götürək elə KTMT-nin baş katibi İmanqali Tasmaqambetovun Astanada verdiyi bəyanatı. Almatıda baş tutan KTMT Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclasında Baş katib bildirib: "Ermənistan bizim müttəfiq olub və olacaq da".

Maraqlıdır ki, Tasmaqambetov Ermənistanın KTMT-ni maliyyələşdirməkdən imtina etməsini diqqətdən kənarda qoymayıb və bu məsələnin Ermənistan tərəfinə çatdırılmasının vacibliyini qeyd edib.

Xatırladaq ki, mayın əvvəlində Ermənistanın KTMT-yə olan 53,22 milyon rubl üzvlük haqqını ödəməkdən imtina etməsi Moskvanın qəzəbinə səbəb olub. Xüsusilə, İrəvanın Fransadan silah alması fonunda Ermənistanın KTMT-yə üzvlük haqqını ödəməməsindən Moskvanın narazılığı başadüşüləndir. Rusiya Xarici İşlər Nazirliyi mütəmadi olaraq eyham vurur ki, Ermənistan Qərbə doğru hərəkət edərsə, Ukraynanın taleyini təkrarlamaq riski var.

Paylaş

Xəbər lenti

Naxçıvanda Vasif Talıbovun imzaladığı 47 fərman ləğv edilib Bu gün, 11:48 İmişli və Saatlının bəzi kəndlərində qaz kəsilib Bu gün, 11:48 "Azərsun Holdinq"in istehsalat müəssisələrində birgə infotur keçirilib Bu gün, 11:48 Rəhman Daşdəmirov: "Barselona"ya qarşı oynamaq hər futbolçunun arzusudur" Bu gün, 11:48 Milyon yarımlıq yanacaq hara gedib? - Hərbçilərlə birgə 15 nəfər ittiham edilir Bu gün, 11:48 Birbank-dan yeni rəqəmsal imkan: bank çıxarışınızı özünüz hazırlayın Bu gün, 11:48 "Qarabağ"da gözlənilməz ayrılıq baş verə bilər Bu gün, 11:48 Özbəkistan parlamentinin sədri Azərbaycana gəlib, "Yol xəritəsi" imzalanacaq Bu gün, 11:48 Gəncədə güclü külək ağacı aşırıb, evə və iki avtomobilə ziyan dəyib Bu gün, 10:48 Bu şəxslərə güzəştlər tətbiq olunacaq - Gələn il yanvarın 1-dən... Bu gün, 10:48 Azərbaycan Tibb Universitetində akademik Adilə Namazovanın 100 illiyi qeyd olunub Bu gün, 10:48 Bu gün 7 kənddə işıq kəsiləcək Bu gün, 10:48 Kəmaləddin Heydərovun Ağdamdakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib Bu gün, 10:48 Bu rüsum 4 dəfəyə qədər azaldılır Bu gün, 10:48 Analiz vermək adı ilə xəstəxanada keçmiş həyat yoldaşını öldürən şəxsin işi Ali Məhkəmədə Bu gün, 10:48 Bəzi rayonlara qar yağır, külək güclənir - Faktiki hava Bu gün, 10:48 Ombudsman qadınlara qarşı zorakılığa son qoymağa çağırıb Bu gün, 10:48 Öz evini məktəbə çevirən, həyatının sevgisi ilə Milad Bayramında tanış olan Xalq artisti Fidan Hacıyeva ilə MÜSAHİBƏ Bu gün, 10:48 Bu avtomobillərin satış xərcləri azala bilər - YENİ AÇIQLAMA Bu gün, 10:48 Qubada içərisində ailə üzvlərinin olduğu BMW hasara çırpıldı Bu gün, 09:48 İraq 17 ildə neft qaçaqmalçılığına görə 303 milyard dollar itirib Bu gün, 09:48 ABŞ-də 1 milyon dollar qazanan miqrant lotereya fotosuna görə saxlanıldı Bu gün, 09:48 UEFA Çempionlar Liqası: "Fənərbağça" "Şaxtyor"la qarşılaşacaq Bu gün, 09:48 AZAL "Sərfəli Cümə" kampaniyası elan edir Bu gün, 09:48 Azərbaycan neftinin qiyməti 96 dolları keçib Bu gün, 09:48 Tərtərdə quyuya düşərək ölən şəxs Qarabağ qazisi olub Bu gün, 09:48 Türkiyədə tanınmış simalar SAXLANILDI Bu gün, 08:48 Şirvanda gəncin əlində patron partladı: Ağır xəsarətlər alıb Bu gün, 08:48 Bakıda doqquz istiqamətdə tıxac yaranıb Bu gün, 08:48 Bakıda Çempionlar Liqası həyəcanı: "Sabah" bu gün "Barselona" ilə qarşılaşacaq Bu gün, 08:48 Zəhra Əkbərova direktor təyin edildi Bu gün, 08:48 Xəzər dənizi geri çəkilir, yeni torpaqlar yaranır: Ekspert mümkün riskləri sadaladı Bu gün, 00:48 Türkiyədə hərbi helikopter qəzaya uğradı: 5 hərbçi həlak oldu Dünən, 23:48 ABŞ-də kiberdələduzluq qurbanlarına 8 milyard dollar vəsait qaytarılıb Dünən, 23:48 İraq qanunsuz neft ixracı və fırıldaqçılıq səbəbindən 303 milyard dollar vəsait itirib Dünən, 23:48 Vaan Kostanyan: Ermənistan TRIPP çərçivəsində dəmir yolunun tikintisinə 2027-ci ildə başlayacaq Dünən, 23:48 Daha bir məktəbə direktor təyin edildi Dünən, 23:48 Məşhur içki ilə bağlı XƏBƏRDARLIQ - Qaraciyər üçün təhlükəli ola bilər Dünən, 22:48 Bakıda topunun arxasınca qaçan 10 yaşlı qızı avtomobil vuraraq öldürdü Dünən, 22:48 Əməkdar müəllim vəfat etdi Dünən, 22:48 Bakıda şagirdlər arasında insident Dünən, 22:48 Avtobus səfərlərində çay, kofe, qəlyanaltı və Wi-Fi - Ekspertdən MARAQLI TƏKLİF Dünən, 22:48 "GTA VI" materiallarını oğurlayan 21 yaşlı haker məhkəmə zalından sərbəst buraxıldı Dünən, 22:48 Marneulidə MMA turniri keçirilib, Sənan Xəlilov çempion olub Dünən, 21:48 Kadırov müharibənin başa çatması üçün vaxt açıqladı Dünən, 21:48 Sabah 22 küçədə qaz olmayacaq - ÜNVANLAR Dünən, 21:48 Türkiyənin xüsusi nümayəndəsi: "Ermənistan Konstitusiyasında tarixi dəyişiklik edilir" Dünən, 21:48 Husilərin Ər-Riyadda maliyyə mərkəzinə hücumu nəticəsində 11 nəfər yaralanıb Dünən, 21:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR