
Şuşada “By youth for youth” (“Gənclikdən gəncliyə”) adlı beynəlxalq konfransın keçirilməsi ilə bağlı təşəbbüs xalqlar arasında sülhə töhfə verir.
“AVESTA.AZ”un Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu İSESCO-nun baş katibi Səlim Al Malik deyib.
O, bu təşəbbüsə görə, Prezident İlham Əliyevə, birinci vitse-prezidentə və Azərbaycan xalqına təşəkkür edib.
Baş katib bildirib ki, bu təşəbbüs: “Sülhün bərqərar olmasında gənclərin mühüm rolu var. Həmçinin İSESCO- nun əmək qüvvəsinin 42 faizini gənclər təşkil edir. Biz bu rəqəmi 50 faizə çatdırmaq istəyirik”.
Baş katib qeyd edib ki, bu forum ümid çırağıdır: “İnanırıq ki, bu təşəbbüs davamlı olacaq”.
Onun sözlərinə görə, İSESCO ilə Azərbaycan arasında əməkdaşlıq güclənir və güclənəcək: “Biz COP29 sammitində də iştirak etmək istəyirik”.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.