
"Kəndə köçürüləndən sonra işlə təmin olunmağıma da çox sevinirəm"
Bunu "AVESTA.AZ" Qarabağ bürosuna "Ağıllı kənd" layihəsi çərçivəsində Zəngilanın Ağalı kəndinə köçürülən Minə Mirzəyeva bildirib.
O, 30 illik həsrətinin başa çatdığı üçün, çox xoşbəxt olduğnu deyir:
"Günü-gündən kəndimiz böyüyür, əhali çoxalır, iş yerləri də artır. Bu günü biz 30 ildir həsrətlə gözləmişik. İki aydan çoxdur ki, burada yaşayırıq. Biz bura ilk köçənlərdənik. Burda da, bu tikiş sexində işlə təmin olunmuşuq. Öz kəndimizdə yaşamaq bizə çox xoşdur. Burda gəlib işləmək lap xoşdur. Allah təala şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Çox sağ olsunlar ki, bizə belə bir şərati yaradıblar ki, biz burda həm yaşayırıq, həm evlə təmin olunmuşuq, həm işlə təmin olunmuşuq. Bizim öz dədə-baba torpaqlarımızda yaşamaq çox xoşdur.”
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.