
Düşünürəm ki, təqdirə layiq oyunlar sərgilədik.
"Report" xəbər verir ki, bunu Slovakiya millisinin baş məşqçisi Françesko Kaltsona
Rumıniyaya qarşı AVRO-2024-ün qrup mərhələsinin III turunun oyunundan sonra mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis qarşılaşmanın yüksək səviyyədə keçdiyini bildirib: "Bizim tərəfimizdən əla oyun oldu, futbolçularımız ysxşı mübarizə apardılar. Rumıniya güclü komandadır. Hər biri yüksək səviyyəyə malik 3 yığma ilə qarşılaşdıq. Düşünürəm ki, təqdirə layiq oyunlar sərgilədik".
Qeyd edək ki, AVRO-2024-ün qrup mərhələsinin III turunun Slovakiya - Rumıniya matçı heç-heçə yekunlaşıb - 1:1.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.