28-06-2024, 05:51 502

Ermənistan Hindistan və İsrailin birgə istehsalı olan zenit-raket kompleksi alır - XRONİKA

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

“Report” xəbər verir ki, “Ermənistan Hindistan və İsrailin birgə istehsalı olan zenit-raket kompleksi alır” adlı süjetdə Bakı və İrəvan arasında sülh sazişinin imzalanması haqqında qızğın müzakirələrin getdiyi vaxtda Ermənistanın silahlanma yarışına başlamasından bəhs olunur.

Bildirilir ki, Ermənistanın sülhdən bəhs etsə də, geosiyasi şərtlər dəyişəcəyi və bunun bölgədəki proseslərə təsir edəcəyi təqdirdə, Azərbaycanla “yenidən hesablaşmaq” istədiyi sirr deyil. Təbii ki, bu “hesablaşma” Qarabağda baş verməyəcək, çünki bu səhifə bir daha açılmamaq üzrə bağlanıb. Ermənistanın əsas qorxusu Qərbi Azərbaycan reallığıdır. İrəvanda anlayırlar ki, proseslərin inkişafında azərbaycanlıların öz tarixi yurdlarına qayıdışı qaçılmaz olacaq, bundan imtina edəcəkləri təqdirdə, Azərbaycan Ermənistanla şərti sərhədi tarixi torpaqlarımızın dərinliklərinə qədər dəyişə bilər. Məhz belə bir perspektivin qarşısını almaq üçün ermənilər hazırda nəzarət etdiyi əraziləri ələrində saxlamaq və sərhəd xəttində üstünlük qazanmaq istəyirlər. Silahlanma yarışına başlamaları da bundan qaynaqlanır. Bu prosesdə Ermənistanın əsas dəstəkçisi Fransadır.

Qeyd olunur ki, Hindistan və İsrailin birgə istehsalı olan zenit-raket kompleksi, hücum silahları əldə edən Ermənistanın müharibəyə hazırlaşdığı istisna edilməməlidir və mümkün müharibədə İrəvanın bir çox hədəfi ola bilər: “Birincisi, sərhəddə strateji yüksəklikləri ələ keçirmək və Azərbaycan ordusu qarşısında üstünlük qazanmaq, ikincisi, sülh danışıqlarını arxa plana keçirmək, hərbi üstünlüklə yeni gündəm yaratmaq. Halbuki, Azərbaycan və Ermənistan arasında yaxın aylarda sülh sazişinə dair irəliləyişin olacağı gözləntiləri var. Hətta noyabr ayında Bakıda keçiriləcək COP29 tədbiri ərəfəsində belə bir sazişin imzalanacağı ehtimal olunur. Bu kontekstdə Ermənistanın sürətlə silahlanması şübhələrə yol açır”.

Sonda vurğulanır ki, Ermənistan sülh sənədini imzalamaqdan qaçmaq üçün məhz müharibə ssenarisinə əl ata bilər: “Belə bir ssenarinin tətbiqinə cəhd edilməsi Ermənistan üçün ağır nəticələrə səbəb olacaq. Son 4 ildə Azərbaycan ordusunun Ermənistanın sərhəddə törətdiyi təxribatlara cavab zərbələri də bunu deməyə əsas verir. Ermənistan növbəti dəfə təxribata əl atarsa, ordumuzun ünvanı Göyçə, Zəngəzur ola bilər”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında iyunun 27-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

Paylaş

Xəbər lenti

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Bu gün, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Bu gün, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Bu gün, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Bu gün, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Bu gün, 16:48 "ARB 24"ün 8 yaşı tamam olur Bu gün, 16:48 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib Bu gün, 16:48 Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb Bu gün, 16:48 Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Bu gün, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Bu gün, 15:48 Qərbi Azərbaycanla bağlı muzey yaradılması nəzərdən keçirilir Bu gün, 15:48 Azərbaycanda daha 124 yeni dövlət standartının layihəsi hazırlanıb Bu gün, 15:48 "Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğunun Əsasnaməsi" təsdiqlənib Bu gün, 15:48 Azərbaycan-Gürcüstan sərhədini pozan şəxslərdən narkotik maddə müsadirə edilib Bu gün, 15:48 Məhkəmə 250 mini mənimsəyən satış müdiri barədə qərar verdi Bu gün, 15:48 Cəzaçəkmə müəssisəsinə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb Bu gün, 14:48 Həkim xəstəxana tualetlərində 874 qadını gizlicə kameraya çəkib Bu gün, 14:48 Ceyhun Bayramov: Azərbaycan ATƏT-də sədrliyə namizədliyinin irəli sürülməsinə razıdır Bu gün, 14:48 Horadiz–Ağbənd dəmir yolu xəttinin tikintisi davam etdirilir Bu gün, 14:48 Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb Bu gün, 14:48 Polis kredit götürmək istəyənə qarşı dələduzluq edən şəxsi saxlayıb Bu gün, 14:48 3 gün ardıcıl yağış və qar yağacaq - XƏBƏRDARLIQ Bu gün, 14:48 Mürsəl İbrahimov yeni rəis təyin etdi Bu gün, 14:48 Azərbaycan və Estoniya XİN başçılarının geniştərkibli görüşü olub Bu gün, 13:48 Horadiz-Ağbənd dəmir yolu xəttində 5 körpü tikilib Bu gün, 13:48 Sənədsiz evlərlə bağlı ŞAD XƏBƏR - Milli Məclisdə VACİB TƏKLİF Bu gün, 13:48 ABŞ-də fırtına 500 mindən çox abonenti işıqsız qoydu Bu gün, 13:48 Türkiyədə məşhurlara qarşı istintaq - 3 tanınmış şəxs həbs edildi Bu gün, 13:48 El-Ninyo 1950-ci ildən bəri ən güclü həddə çata bilər Bu gün, 13:48 Qan analizi verənlərə xəbərdarlıq: Şəkərsiz qəhvə də nəticələri dəyişə bilər Bu gün, 13:48 Ceyhun Bayramov: Azərbaycan və Estoniya arasında 8 sənəd üzərində iş aparılır Bu gün, 13:48 "İnter" və "Yuventus" Azərbaycanın U-21 millisinin futbolçusu Lorenzo Mezzotero ilə maraqlanırlar Bu gün, 12:48 Mincivanda hərbi qulluqçulara xidməti mənzillərin orderləri təqdim edilib Bu gün, 12:48 Aparıcı Fira Cəlilova bağındakı əməliyyatla bağlı yeni video yaydı Bu gün, 12:48 Bir sıra mallar bütün gömrük ödənişlərindən azad oluncaq Bu gün, 12:48 Azərbaycanda şənbə günü hava dumanlı olacaq Bu gün, 12:48 Beşinci mərtəbədən yıxılaraq ölən tələbə vəfatından əvvəl atasına nə deyib? Bu gün, 12:48 Avtoservisdə ustanın 5 min manatı oğurlandı - Müştəri saxlanıldı Bu gün, 12:48 Ali məktəbdə təhsil alan uşaqlar üçün aliment ödənişlərinin 23 yaşa qədər uzadılması təklif edilib Bu gün, 12:48 Bankdan kredit götürənləri SEVİNDİRƏCƏK XƏBƏR - Borclar... Bu gün, 11:48 Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib Bu gün, 11:48 JAECOO Ginnesin Rekordlar Kitabına düşdü: üç zirvə və yeni dünya rekordu Bu gün, 11:48 İsa Həbibbəyli: Qafqaz Albaniyasının tarixi ilə bağlı araşdırmalar genişləndiriləcək Bu gün, 11:48 Milli Məclisin iclası başlayıb, 10 məsələ müzakirə ediləcək Bu gün, 11:48 Vüqar Bayramov: Zəngəzur dəhlizinin 2028-ci ilin sonlarına doğru istifadəyə verilməsi mümkündür Bu gün, 11:48 Ali Məhkəmə: Körpənin doğuşda ölümü ilə bağlı cinayət işində pozuntu var Bu gün, 11:48 Məleykə Abbaszadə C bloku ilə bağlı məsələni nəzarətə götürüb, işçi qrupu yaradılıb Bu gün, 11:48 Sənədsiz evlərlə bağlı VACİB XƏBƏR: Yeni qərar nəyi dəyişəcək? Bu gün, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR