
"Ailəmlə çıxdığım yurduma tək oğlumla qayıdıram".
"AVESTA.AZ" xəbər verir ki, bunu doğma yurduna qayıdan keçmiş məcburi köçkün Nəcibə Rəhimova deyib.
O qeyd edib ki, həmişə içində bir ümidlə yaşayıb ki, Laçın şəhəri işğaldan azad ediləcək:
"Laçın yolu yaşadığımız ərazidən keçdiyinə görə həmişə sıxıntı keçirirdik ki, öz doğma yurdumuza qayıda bilməyəcik. Amma ölkə başçısının uzaqgörən siyasəti nəticəsində bu gün öz torpağımıza dönürük.
Bakıda 8-ci mikrorayonda köçkünlük həyatı yaşamışıq. Çox çətinliklər görmüşük, amma çox şükür ki, o günlər keçmişdə qaldı".
Xatırladaq ki, Laçın şəhərinə növbəti köç karvanı yola salınıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.