
Bakı şəhərindəki I Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Elman Xurşud oğlu Cavadovun meyitinin qalıqları Sumqayıt şəhərinə gətirilib.
“AVESTA.AZ”un yerli bürosunun məlumatına görə, şəhidin nəşi Sumqayıt şəhərində ailəsinə təhvil verilib.
Hazırda şəhidlə vida mərasimi keçirilir.
Qeyd edək ki, Elman Xurşud oğlu Cavadov 1973-cü il sentyabrın 5-də Sumqayıtda anadan olub. O, 1992-ci il iyulun 19-da Ağdərə rayonunun Aterk kəndində itkin düşüb.
E.Cavadov Sumqayıt Şəhidlər xiyabanında dəfn olunacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.