28-06-2024, 16:52 542

“Makronizm

Fransa tarixinin ən kritik növbədənkənar parlament seçkilərinin birinci turu keçiriləcək. Bazar günü baş tutacaq seçkilərdə əsas iddiaçılar - ifrat sağçı “Milli Birlik” və solçu “Yeni Xalq Cəbhəsi”dir. Bu seçkilərlə Fransa ilk dəfə ifrat sağçı hökumət əldə edə, Makron isə prezidentlik müddətinin sonuna qədər “axsaq ördək” olaraq qala bilər.

Avropa Parlamentinə (AP) keçirilən seçkilərdən sonra ultrasağlardan məğlubiyyət alan Fransa prezidenti Emmanuel Makron parlamenti buraxıb növbədənkənar seçkilər elan etmək kimi riskli addıma gedib. Hesab edib ki, bununla da Marin Le Penin qeyri-formal lideri olduğu “Milli Bilrliy”in hakimiyyətə gəlişinin qarşısını almağa müvəffəq ola bilər. Lakin prezidentin taktikası əks-effekt də verə bilər. Son sorğular prezident partiyasına qələbə vəd etmir, makronçulara cəmi 22 faiz insan səs verməyə hazırdır. Bu da onu deməyə əsas verir ki, hakim partiya hökuməti təkbaşına formalaşdırmağa müvəffəq olmayacaq.

Hakim partiya öz ətrafında “Yeni Xalq Cəhbəsi”, Kommunist və sosialistləri, hətta “yaşıllar”ı birləşdirib. Onların ümumi səs faizi 29 faiz göstərilib. Halbuki sağlara 36 faiz seçici səs verməyə hazırdır. Bunlar sadəcə bu proqnozdur. Nəzərə alaq ki, seçkilər iki turda olacaq və bu müddət ərzində çox şey dəyişə bilər.

Məsələ ondadır ki, Fransanın ikipilləli səsvermə sistemi partiyaların ikinci tura çıxmaq şanslarını artırmaq üçün manevrlər etməyə və ittifaqlar yaratmağa yol açır. Seçicilər hər hansı partiyanın qalib gəlməsinin qarşısını almaq üçün sözdə taktiki səsvermə edə bilərlər. Le Penin partiyası artıq belə səsvermənin qurbanı olub. Makron da buna ümidlidir. Hesab edir ki, bu seçkilərdə də belə olacaq. Həm solları, həm də ultrasağları ara-sıra tənqid edir, onları Fransanın mövcudluğu üçün əsas təhlükə adlandırır. Hətta ifrat sağ və ifrat solun hakimiyyətə gələcəyi təqdirdə vətəndaş müharibəsi ehtimalına eyham vurub. Birinci şəxsin bu cür bəyanatı ciddi rezonans doğurmalı idi və doğurur da. Məsələn, Fransanın O-de-Frans regionu Şurasının prezidenti Ksavye Bertranın bununla bağlı fikirləri maraqlıdır. “Siyasi böhranda birliklər, təsisatlar deyil, prezident özü günahkardır”, - deyə bildirib.

Yeri gəlmişkən, əgər Makronun ehtimalları keçməzsə və “Milli Birlik” qələbə qazanarsa, o zaman Fransa yeni hökumət başçısı əldə edəcək. Bu da 28 yaşlı Jordan Bardella ola bilər. Le Pen baş nazirliyə can atmır, səbəb də odur ki, daha ambioz hədəf qarşıya qoyub - Fransanın növbəti prezidenti olmaq.

Bardellaya gəldikdə - miqrasiyanı məhdudlaşdıracağını, pensiya islahatlarını ləğv edəcəyini və yalnız ölkə vətəndaşları üçün müavinətlərin saxlanacağını vəd edir. Xarici siyasətə gəlincə, o, Fransa ilə Rusiya Federasiyası arasında münasibətlərin pisləşməsinə səbəb olmayacağı təqdirdə Ukraynaya hərbi yardım göstərməyə razıdır. Bardella bu barədə Londonun “The Financial Times” qəzetinə müsahibəsində də bildirib. Əgər əvvəllər “Milli Birlik” rusiyapərəstliyi ilə seçilirdisə və Ukraynaya silah göndərilməsinə qarşı çıxırdısa, indi Kiyevi dəstəkləməyə etiraz etmir. “Mənim mövqeyim dəyişdi”, - Bardella vurğulayıb.

Düzdür, o şərt qoymuşdu ki, “Milli Birlik” mütləq səs çoxluğu qazandığı halda hökumətə başçılıq etməyə razı olacaq. Bardella bu və ya digər qərarı həyata keçirmək üçün tərəfdaşlar axtarmaq istəmir. "Mən Fransa xalqına deyirəm: ölkəni idarə etmək, fransızların gündəlik həyatını dəyişmək üçün... bizə mütləq çoxluq lazımdır", - media siyasətçidən sitat gətirir.

“Milli Birliy”in uğur əldə edəcəyi də sual altındadır. Ancaq Makronun partiyasının buna sahib olmayacağı göz qabağındadır. Deməli, prezident üçün ən çox ehtimal olunan variant müxalifətlə birgə idarəçilikdir.

Fransada “makronizmin” gələcəyi məsələsi qızğın şəkildə müzakirə olunur. Bir çox analitiklər etiraf edirlər ki, Makron 2027-ci ilə qədər hakimiyyətdə qalsa belə, bu siyasi fenomen bitib. Ötən gün yenidən fransızlara müraciət edən Makron ölkədə idarəetmə tərzinin dəyişəcəyini vəd edib. Yada salaq ki, bu cür vədlər 2019-cu ilin əvvəlində “sarı jiletlilər” hərəkatına son qoymalı olan debatlar zamanı və ötən yay ölkəni bürümüş şəhər üsyanlarından sonra da verilmişdi. Yeni idarəetmə formaları da bir neçə dəfə sınaqdan keçirilib - yaşıl tranzit, ətraf mühitin inkişafı və s.

Beləliklə, istənilən halda Makron iqtidarını qarşıda çətin günlər gözləyir. Ultrasağların mümkün qələbəsi ilə ölkəni çətin günlər, hətta vətəndaş müharibəsi təhlükəsi gözləyə bilər.

Paylaş

Xəbər lenti

Avtobuslar niyə düzgün park edilmir? Bu gün, 00:48 Tokayev: "TikTok" insan beynini məhv edən dəhşətli bir şeydir Bu gün, 00:48 2027-ci ildə borc içində üzəcək bürclər – XƏBƏRDARLIQ Bu gün, 00:48 Həsənin ölümünün pərdəarxası: Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? Dünən, 23:48 Putin: Xəzər dənizinin dayazlaşması narahatlıq doğurur Dünən, 23:48 Bakıda iki böyük prospektin yükü azalacaq: İşlər bitmək üzrədir Dünən, 23:48 Atobuslar niyə düzgün park edilmir? Dünən, 23:48 Babək rayonunda baş verən qəzada beş nəfər xəsarət alıb Dünən, 23:48 Bir telekanalın yayımı dayandırıldı Dünən, 22:48 Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib Dünən, 22:48 Özcan Deniz, Burcu Özberk və Deniz Çakırın ifadələri mətbuata açıqlandı Dünən, 22:48 Gecələr az yatmağın səbəbi bu vitamin çatışmazlığı ola bilər - ARAŞDIRMA Dünən, 22:48 Simonyan Azərbaycana səfəri zamanı ikitərəfli məsələləri müzakirə etmək niyyətindədir Dünən, 22:48 Urudun susdurulan yaddaşı: Daşlara həkk olunan tarix Dünən, 21:48 Gələn il maaşdan nə qədər vergi tutulacaq? - AÇIQLAMA Dünən, 21:48 Ruslan Ənvərliyə vəzifə verildi Dünən, 21:48 Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi Dünən, 20:48 Maşın almaq istəyənlərə MÜJDƏ - Bu tarixdə dəyərindən çox ucuz avtomobillər satışa çıxarılacaq Dünən, 20:48 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək Dünən, 20:48 Arvadını iki kişi ilə yaxalayan 49 yaşlı iş adamı evində ölü tapıldı Dünən, 20:48 SOCAR-da ilin ilk 6 ayı üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə edilib Dünən, 20:48 Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib Dünən, 19:48 "Sabah"a 2 qol vuran Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib Dünən, 19:48 Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb Dünən, 19:48 Bu ərazidə 960 şagirdlik yeni məktəb-lisey TİKİLƏCƏK Dünən, 19:48 AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Dünən, 19:48 "Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır Dünən, 19:48 "Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Dünən, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Dünən, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Dünən, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Dünən, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Dünən, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Dünən, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Dünən, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Dünən, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Dünən, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Dünən, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Dünən, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Dünən, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Dünən, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Dünən, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Dünən, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Dünən, 17:48 57 yaşlı Cennifer Lopez belə formada qalır Dünən, 17:48 Qazaxıstanda təhlükəli virus yayılması barədə iddialara cavab verildi Dünən, 17:48 Avropa ölkəsində elektrik enerjisi çatışmazlığı riski artıb Dünən, 17:48 Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Dünən, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR