28-06-2024, 18:46 737

Heykəltaraş Münəvvər Rzayevanın 95 illik yubileyi münasibətilə tədbir-sərgi keçirilib

Azərbaycanın Əməkdar rəssamı və ilk monumentalçı heykəltaraş qadını Münəvvər Rzayevanın anadan olmasının 95 illiyinə həsr edilmiş tədbir-sərgi keçirilib.

"AVESTA.AZ" xəbər verir ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Suraxanı” gəmi-muzeyində təşkil olunan sərgidə Münəvvər Rzayevanın ailə üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə qonaqlar "Münəvvər Rzayeva: Böyük həyatın səhifələri" adlı filmə baxıblar.

Münəvvər Rzayevanın qızı Zemfira Mir-Qədirova bildirib ki, anasının əsərləri həmişə seçilir: "Onun əsərlərində bir baxış, özünəməxsusluq var idi. Ona görə də əsərlərinə baxan kimi əl işi seçilirdi. Onun dəst-xətti hər zaman seçilib. O, bir əsərin üzərində işləyəndə dərindən detalları araşdırıb üzərində çalışırdı. Məsələn, Mikayıl Müşfiq əsərinin üzərində çalışmamışdan öncə onun bütün kitablarını oxumuşdu".

Sərgidə iştirak edən heykəltəraş Ömər Eldarov Münəvvər Rzayeva ilə bağlı xatirələrini bölüşüb: "O, kişi xarakterli qadın idi. Kişi sənəti olmasına baxmayaraq, gənc yaşlarından bu işə başladı və ömrünün sonuna qədər möhtəşəm əsərlər ortaya qoydu. Əsərlərini cəsarət və mərdliklə ərsəyə gətirdi".

Münəvvər Rzayevanın nəvəsi Fidan Mir- Qədirova da sərgi barədə məlumat verib: "Nənəm səmimi və istiqanlı qadın idi. Bu sərgiyə bir neçə ay öncədən hazırlaşırdıq. Biz onun bəzi əsərlərini bir yerə yığıb restavrasiya etdik. İlin sonuna qədər vətəndaşlar gəlib sərgi ilə tanış ola bilərlər".

Heykəltaraşa həsr olunan filmin rejissoru Rauf Qurbanəliyev isə bildirib ki, film Bakı, İmişli, Gəncə Zaqatala və Xızıda çəkilib: "Biz səkkiz günə filmi ərsəyə gətirdik. Sənədli film Münəvvər Rzayevanın həyat və yaradıcılığına həsr olunub. Film Münəvvər xanımın yazdığı məktub əsasında çəkilib".

Həmçinin ASCO sədrinin müavini Zaur Nağıyev, ASCO-nun İctimaiyyətlə əlaqələr departamentinin rəisi Mehman Mehdiyev, Gəmi-muzeyin direktoru Tural İbrahimov onun zəngin təxəyyülü və yüksək peşəkarlığından, onu digər rəssam və heykəltəraşlardan fərqləndirən xüsusiyyətlərindən danışıblar. Qeyd olunub ki, belə tədbir və sərgilər onun əziz xatirəsini yad etməklə yanaşı, yaradıcılığına marağı artırmaq və daha geniş auditoriyada yayılmasına təkan vermək baxımından olduqca əhəmiyyətlidir.

Çıxışlardan sonra tədbir iştirakçıları Münəvvər Rzayevanın yaradıcılığına həsr olunmuş sərgi ilə tanış olublar.

Sərgidə M.Rzayevanın 30-a yaxın əsəri nümayiç olinub. Sərgi lin sonunadək davam edəcək.

Qeyd edək ki, Münəvvər Rzayeva 1929-cu il iyunun 6-da Bakıda anadan olub. O, 1946-1950-ci illərdə Ə.Əzimzadə adına rəssamlıq məktəbini, 1950-1956-cı illərdə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq Akademiyasının Heykəltəraşlıq fakültəsində təhsil alıb. Psixoloji portret ustası kimi tanınan Münəvvər Rzayeva heykəllərini əsasən qranit, mərmər, bürünc və ağac materiallarından hazırlayıb.

Münəvvər Rzayeva 100-ə yaxın monumental əsərin müəllifidir. Bu əsərlərin sırasında Mikayıl Müşfiq, Hüseyn Cavid, Nəriman Nərimanov, Məhsəti Gəncəvi, Mirzə Ələkbər Sabir, Mehdixan Vəkilov, Nigar Rəfibəyli, Sevil Qazıyeva, Ayna Sultanova, Nazim Hikmət, Sergey Yesenin və digərlərinin abidə-büstləri heykəltəraşın sənət inciləri arasındadır.

Münəvvər Rzayevanın son əsəri isə Ulu Öndər Heydər Əliyevin tuncdan olan barelyefidir. Heydər Əliyevin 75 illik yubileyi münasibətilə yaradılmış bu barelyef Qusar rayonunda yerləşən dağın 3763 metr hündürlüyündə olan ən uca zirvəsinə bərkidilib.

M.Rzayeva 1997-ci il də Azərbaycanın Əməkdar rəssamı fəxri adına layiq görülüb.

Görkəmli rəssam 2004-cü il iyunun 6-da Bakıda vəfat edib.

Paylaş

Xəbər lenti

Kəmalə Qaramollayevanın "Dünyam" konsertindən GÖRÜNTÜLƏR Bu gün, 01:48 Avropa Komissiyası ABŞ-nin Aİ ilə bağlı istehsal iddiasını rədd edib Bu gün, 01:48 Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər Bu gün, 01:48 Cəlilabad rayonunun bir hissəsi susuz qalıb Bu gün, 01:48 Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48 Azərbaycanda qadını vəhşicəsinə döyən şəxs polis tərəfindən saxlanılıb Dünən, 23:48 ABŞ-də lotereyada 1 milyon dollar qazanan miqrant saxlanıldı Dünən, 23:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə matçda fərqi azaldıb Dünən, 23:48 Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda Dünən, 23:48 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Dünən, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Dünən, 22:48 "Sabah" - "Barselona" qarşılaşmasında hesab açıldı Dünən, 22:48 "Sabah" - "Barselona" matçında stadiona girişdə problem yaranıb Dünən, 22:48 Azərbaycanda bu şəxslərin evləri TƏMİR EDİLƏCƏK Dünən, 22:48 Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Dünən, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Dünən, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Dünən, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Dünən, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Dünən, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Dünən, 21:48 PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Dünən, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Dünən, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Dünən, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Dünən, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Dünən, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Dünən, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Dünən, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Dünən, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Dünən, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Dünən, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Dünən, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Dünən, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Dünən, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Dünən, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Dünən, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Dünən, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Dünən, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Dünən, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Dünən, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Dünən, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Dünən, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Dünən, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Dünən, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Dünən, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR