
Fransa millisinin yarımmüdafiəçisi Adrian Rabio Avropa çempionatının 1/4 final görüşünü buraxacaq.
"Report" xəbər verir ki, AVRO-2024-ün 1/8 final oyununun Belçika ilə görüşündə sarı vərəqə alan "Yuventus"un (İtaliya) futbolçusu növbəti matçda komandasına kömək edə bilməyəcək.
29 yaşlı oyunçu III tur çərçivəsində keçirilən Polşa ilə matçda da rəsmi xəbərdarlıq aldığından sarı vərəqə limitini doldurub.
Qeyd edək ki, Fransa 1/4 finalda Portuqaliya - Sloveniya cütünün qalibi ilə üz-üzə gələcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.