
Ermənistanın paytaxtı İrəvanda Kuba vətəndaşı 39 yaşlı Enrike Mauris Ramires döyülərək ağır xəsarətlər alıb.
Bu barədə “AVESTA.AZ” yerli mətbuata istinadən xəbər verir.
Məlumata görə, o, iyunun 25-də tibbi yardım üçün müraciət edib. Qeyd edilir ki, Kuba vətəndaşı müalicə aldığı xəstəxanada ölüb.
Hadisə ilə bağlı cinayət işi başlanıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.