
Rusiyanın Krasnodar diyarının Anapa şəhərində üç nəfər, o cümlədən bir yeniyetmə yaşayış qoşqusunda yanaraq ölüb.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə İstintaq Komitəsinin Krasnodar diyarı üzrə idarəsi bildirib.
İstintaqın versiyasına görə, iyulun 6-na keçən gecə Sukko kəndində yaşayış qoşqusunda yanğın baş verib. Yanğının qarşısı alındıqdan sonra orada 15 yaşlı yeniyetmə və iki böyük şəxsin meyiti tapılıb.
İlkin məlumatlara görə, yanğına səbəb qısaqapanma olub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.