8-07-2024, 21:37 248

Soltan Məmmədov ŞƏT ölkələri parlamentarilərini COP29-da iştiraka dəvət edib

VI çağırış Milli Məclisin deputatı, Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Soltan Məmmədov Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) yaşıl inkişaf üzrə Forumunda çıxış edib.

“AVESTA.AZ” xəbər verir ki, “yaşıl inkişaf yolunda birgə irəliləmə, insan və təbiətin harmonik mövcudluğunun təşviqi” mövzusunda panel iclasında çıxışı zamanı S.Məmmədov Azərbaycanın Avrasiya məkanında əsas tranzit qovşağına çevrilməsi, Şimal-Cənub, Şərq-Qərb dəhlizlərinin qovşağında yerləşməsi, “Bir kəmər, bir yol” layihəsinin nəqliyyat infrastrukturunun yaradılmasında rolu barədə danışıb.

Deputat qeyd edib ki, karbohidrogen ehtiyatları ilə zəngin olan Azərbaycan “yaşıl enerji”yə keçid prosesinə də öz töhfəsini verməyə hazır olduğunu hər zaman nümayiş etdirib.

S.Məmmədov bildirib ki, Azərbaycan bərpa olunan enerji mənbələrinə qoyulan investisiyanın ÜDM-də payına görə aparıcı ölkələrin siyahısındadır: “Qürur hissi ilə qeyd etmək istəyirəm ki, mənim ölkəm beynəlxalq birliyin etimadı sayəsində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına evsahibliyi etmək hüququ qazanıb”.

Milli Məclislə Parlamentlərarası İttifaq arasında COP29 çərçivəsində Parlament Konfransının təşkili ilə əlaqədar Anlaşma Memorandumu imzalandığını xatırladan millət vəkili COP29 parlament iclası üçün hazırlanmış sənəd layihəsi barədə ətraflı məlumat verib. Bildirib ki, COP29 parlament iclasının yekun sənəd layihəsi bütün dünyanı narahat edən problemləri əhatə edir: “Hesab edirəm ki, biz dünyanı təhdid edən, gələcəyimizlə bağlı suallar yaradan qlobal məsələləri müzakirə etmək üçün bütün platformalardan ən effektiv səviyyədə istifadə etməyə çalışmalıyıq. Bugünkü toplantı da göstərir ki, artıq dünya dövlətləri, beynəlxalq ictimaiyyət, eləcə də sadə insanlar bizi və gələcək nəsilləri, bütün planetimizi təhdid edən təhlükənin fərqindədirlər”.

S.Məmmədov əmin olduğunu bildirib ki, COP29 sessiyası dünya tarixində qlobal iqlim dəyişiklikləri ilə mübarizədə yeni bir səhifə açacaqdır. O qeyd edib ki, Azərbaycan buna nail olmaq üçün bütün imkanlarını səfərbər etməyə hazırdır. Deputat Şanxay Əməkdaşlıq Təşkilatına üzv və müşahidəçi statuslu ölkələrin parlamentarilərini COP29 sessiyasına fəal dəstək verməyə və tədbirdə iştirak etməyə dəvət edib.

Xatırladaq ki, Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) yaşıl inkişaf üzrə Forumunda Azərbaycanı Milli Məclis sədrinin birinci müavini Əli Hüseynlinin rəhbərliyi ilə VI çağırış Milli Məclisin deputatları Fatma Yıldırım, Elnur Allahverdiyev və Soltan Məmmədovun daxil olduğu nümayəndə heyəti təmsil edir.

Paylaş

Xəbər lenti

Azərbaycanda icra başçısının sabiq müavini vəfat edib Bu gün, 18:48 100 yaşlı qadın 67 ildir barista işləyir - Tətilə belə çıxmayıb Bu gün, 18:48 Osman Sınav vəfat etdi Bu gün, 18:48 Karantin müddəti niyə uzadıldı? - Deputat səbəbi AÇIQLADI Bu gün, 18:48 Bakıda külək güclənib, regionlarda qar və yağış yağır - FAKTİKİ HAVA Bu gün, 18:48 Bakı həbsxanasında saxlanılan hindistanlı "kriminal avtoritet" ölkəsinə ekstradisiya ediləcək Bu gün, 17:48 Azərbaycanda dövlət məmuru gənc yaşında vəfat edib Bu gün, 17:48 Robert Fitso: "Slovakiya Azərbaycandan svop qaz tədarükünü müzakirə edir" Bu gün, 17:48 Putin Rusiyada yaşayan ukraynalılarla bağlı fərman imzaladı Bu gün, 17:48 Ramazan ayında Novruz - Sağlam bayram süfrəsi üçün bunlara diqqət edin Bu gün, 17:48 Abşeronda göl DAŞDI - Evlər su altında qaldı Bu gün, 16:48 Bakının üç rayonunda silah-sursat aşkarlanıb Bu gün, 16:48 Sabah avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq Bu gün, 16:48 Çiyələyin inanılmaz faydaları üzə çıxıb Bu gün, 16:48 Britaniya səfirliyi: Novruzun yeni ümidlər və başlanğıclar gətirməsini arzulayırıq Bu gün, 16:48 Rusiyada türk seriallarının yayımlanması qadağan edilir? Bu gün, 15:48 Müdafiə Nazirliyinin rəhbər heyəti Baş Klinik Hospitalı ziyarət edib Bu gün, 15:48 "YouTube"nin işində problemlər yaranıb Bu gün, 15:48 İntihar edən gənc şair əməliyyat olunub Bu gün, 15:48 Qriqoryan: Azərbaycanla sülh müqaviləsinin imzalanma yeri və vaxtı hələ müəyyən edilməyib Bu gün, 14:48 Ağrıları azaltmağın yolu tapıldı Bu gün, 14:48 Bəzi iaşə obyekti sahibləri barədə inzibati tənbeh tədbirləri görülüb Bu gün, 14:48 Ermənistan-Türkiyə sərhədi 11 günlük açılacaq Bu gün, 14:48 Sabahla bağlı əhaliyə XƏBƏRDARLIQ Bu gün, 14:48 SOCAR-ın prezidenti Con Ardil ilə görüşüb Bu gün, 13:48 Bu gecə ehtimal edilən ikinci Qədr gecəsidir Bu gün, 13:48 Ekrem İmamoğlunun həbsindən sonra internetdə təxribat törədənlərin sayı açıqlanıb Bu gün, 13:48 Bayram tətilində hara getməli? - "Kaspi"nin araşdırması Bu gün, 13:48 Rusiyada miqrant əlinə silah alıb küçədə rəqs etdi Bu gün, 13:48 Ən uğurlu insanlar bu aylarda doğulub Bu gün, 12:48 Türkiyəli sürücü Ələt-Astara yolunda qəfil vəfat etdi Bu gün, 12:48 Narkotikin təsiri altında avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs olunub Bu gün, 12:48 Moskva əhalisinə martın 23-ü ilə bağlı xəbərdarlıq edilib Bu gün, 12:48 Bakıda qadını şəkilləri ilə şantaj etməkdə şübhəli bilinən şəxs saxlanılıb Bu gün, 12:48 "Kişinin də arvadı artist olar?" - Xalq artisti Bu gün, 11:48 Saqqız çeynəyənlər mütləq oxusun - Zərərləri açıqlandı Bu gün, 11:48 Novruz bayramını Qarabağda qeyd etmək istəyənlərin DİQQƏTİNƏ Bu gün, 11:48 Xırdalanda yaşayış binasında baş vermiş yanğın söndürüldü Bu gün, 11:48 Bayramda rayona gedənlərin NƏZƏRİNƏ - DİN məlumat yaydı Bu gün, 10:48 "Qarabağ" bu futbolçusuna "qapını göstərdi": özünə komanda TAP! Bu gün, 10:48 Bu gün Beynəlxalq Xoşbəxtlik Günüdür Bu gün, 10:48 Baharda taleyi kökündən dəyişəcək yeganə BÜRC Bu gün, 10:48 Bu ərazilərdə qarın hündürlüyü 9 santimetrə çatıb - FAKTİKİ HAVA Bu gün, 10:48 Nazirlik bayramla bağlı əhaliyə təkrar müraciət etdi Bu gün, 10:48 Xronika: "Sasani sarayında tayfaların iclasında ermənilərin köçkünlər olduğu təsdiqlənir" Bu gün, 09:48 Mehriban Əliyeva Novruz bayramı ilə bağlı paylaşım edib Bu gün, 09:48 Pinqvinlərlə yaşayan sakinlərin şəhəri - Keyptaun Bu gün, 09:48 Paşinyan: Ermənistanın ərazisi çoxumuza məlum deyil Bu gün, 09:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR