10-07-2024, 13:19 36

Səfir: Azərbaycanla Paraqvay xalqlarının adətləri, mədəniyyətləri çox yaxındır - MÜSAHİBƏ

Paraqvayın Azərbaycandakı qeyri-rezident səfiri Xose Luis Seferino (Jose Luis Ceferino Adrian Valdez Peralta) Cənubi Amerikanın tam mərkəzində yerləşən ölkəsinin əhalisini türkəsilli hesab edir. Öz xalqını isə Azərbaycan türklərinin adətlərinə, mədəniyyətinə çox yaxın hesab edir.

"Report"un Ankara bürosu səfirlə bu şəhərdə yerləşən iqamətgahında görüşərək iki ölkə arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdəki əlaqələrlə bağlı söhbət aparıb:

- Cənab səfir, Paraqvay ilə Azərbaycan arasında münasibətləri necə dəyərləndirirsiniz?

- İlk növbədə, Azərbaycan bayrağının da yer aldığı ofisimizə gəldiyiniz üçün sizə təşəkkür edirəm. Mən ölkəmi Türkiyə, Azərbaycan, Gürcüstan, İraq, İranda təmsil edirəm. Azərbaycanla Paraqvay arasında diplomatik əlaqələrin əsası 2004-cü ilin aprel ayının 20-də qoyulub. Hazırda ölkələrimiz inkişaf mərhələsindədir. Bir məqama da toxunum ki, bu il 26-28 iyunda Paraqvayın Asunsion şəhərində Amerika Dövlətləri Təşkilatının (ADT-OAS) 54-cü Baş Assambleyası keçirilib. İclasda Azərbaycanın təşkilatdakı rəsmi nümayəndəsi, eləcə də ölkənizin ABŞ-dəki səfiri Xəzər İbrahim də rəsmi bəyanatla çıxış etdi. O, Azərbaycanın qlobal və regional gündəliyə rəhbərlik etdiyi və təşəbbüskar olduğu digər məsələlərlə yanaşı, OAS üzvlərinin əksəriyyətinə çoxmilyonluq yardım və təqaüdlər barədə danışdı. Səfir Bakıda COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin sammitinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyevin təşəbbüsünü də vurğuladı.

Burada bir haşiyəyə çıxım. Bu tədbir tarixi bir vəzifə idi və toplantının Paraqvayda təşkil edilməsi ölkəmizin önəmini ortaya qoydu. Azərbaycana gəlincə, hökumət Latın Amerikası ilə əlaqələri genişləndirmək üçün səylər göstərir. Biz Azərbaycan Prezidenti İlham Əliyevin Paraqvaya səfərini məmnuniyyətlə gözləyirik.

- Yaxın zamanlarda iki ölkə arasında yüksək səviyyəli səfərlər nəzərdə tutulub?

- Hazırda bizim üçün ən önəmli olan COP29-a yüksək səviyyəli heyət göndərməkdir. Bu çərçivədə dövlət başçımızın ziyarəti mümkün ola bilər. Hələ ki, bu, dəqiq deyil.

- Yeri gəlmişkən, COP29-un Bakıda keçirilməsi qərarını necə qiymətləndirirsiniz?

- COP29-u böyük səbirsizliklə gözləyirik. Paraqvay bu tədbirdə kifayət qədər yüksək səviyyəli rəsmi heyətlə təmsil olunacaq. Əminəm ki, Bakı bu işin öhdəsindən uğurla gələcək.

- Azərbaycanla Paraqvay arasında 1985-ci ildən futbol sahəsində bir əməkdaşlıq olub. Hazırda da, səhv etmirəmsə, sizin iki futbolçunuz Azərbaycan milli komandasındadır.

- Bəli, doğrudur. Dieqo Valdes və Sezar Meza Kolli. Onlar hazırda ailələri ilə Azərbaycanda yaşayırlar. Onlar iki ölkə arasında futbol sahəsində güclü bağ yaratmaq missiyasını yerinə yetirirlər. Bu fakt əlaqələrimizin artıq tədricən yüksələn xətlə inkişaf etdiyinin göstəricisidir. Bakıya gedərkən onlarla da görüşdüm.

- Bakıya nə zaman getdiniz?

- Bakıya may ayında həyat yoldaşımla birlikdə səfər etdim. Onu da qeyd edim ki, 24 mayda Paraqvayın həm Milli Günü, həm də Azərbaycan-Paraqvay diplomatik əlaqələrinin qurulmasının 20 illiyi tamam oldu. Bu tarixlərdə də Azərbaycanda olmağımız çox xoş idi.

Əvvəlcə Bakıda, sonra isə ölkənin turistik və tarixi şəhəri olan Şamaxıda oldum. İkisi də çox gözəl şəhərlərdir. Bakıda muzeyləri də gəzdik. Xalça muzeyi çox heyrətamizdir. Müasir İncəsənət Muzeyi də maraqlı idi. Bakıda digər tarixi yerləri və Şəhidlər xiyabanını ziyarət etdik.

Şirvan bölgəsini çox bəyəndim. Orada dəvələr gördük. Yerli şərabları da çox bəyəndim və aldım.

- Xatirə olaraq nə aldınız?

- Azərbaycan milli geyimlərinə bənzər geyimlər, həyat yoldaşımla birgə Türkiyədəki səfir həmkarlarımın xanımları üçün yaylıqlar, tablolar aldıq. Həmin gün Analar Günü idi və xanımım üçün Xalça muzeyindən zinət əşyaları aldım.

- Azərbaycanla Paraqvayın mədəniyyətlərarası əlaqələrinin inkişafı ilə bağlı hansı planlarınız var?

- Gələcəkdə Heydər Əliyev Fondu ilə mədəniyyət sahəsində əməkdaşlıq etmək istəyirik. Digər vacib detal musiqi və incəsənətdir. Bilirik ki, Azərbaycanda gözəl incəsənət festivalları keçirilir. Məsələn, biz film festivalında iştirak etdik. Eyni zamanda, İstanbul etno-yarışlarına qatılan Azərbaycan qrupunun at üzərində göstərdikləri musiqili performans heyrətamiz idi. Biz sosial şəbəkələrdə də paylaşımlar etmişdik, ən çox bəyənilən də Azərbaycan sənətçiləri oldu. Məsələ burasındadır ki, Paraqvayda da sənət çox gözəl inkişaf edib və bu baxımdan, biz bir-birimizi mədəniyyət vasitəsilə daha yaxından tanıya bilirik. Dövlət səviyyəsində münasibətdən başqa, istəyirik ki, insanlarımız arasında da individual yaxınlaşma olsun. Yəni paraqvaylılar azərbaycanlılar haqqında daha çox məlumat ala bilsin və ya əksinə.

Sizin milli mətbəxiniz də gözəldir və bizimkinə bənzərlik var. Bakıda daddığım quzu kababı, Azərbaycan çayı və paxlavası, digər şirniyyatlar ləzzətli idi. Paraqvayda isə ən önəmli içki Mete çayıdır. Bu çay xüsusi hazırlanır və içilir. Bizim Mete çayımız müxtəlif elementlərlə zəngindir. Həm də bu, pəhriz çayı hesab olunur. Qarğıdalı çörəyi də mətbəximizdə önəmli yer tutur.

Bizim bir bayramımız da var ki, onun da bütün dünyada yayılmasını çox istərdik.

- Nə bayramıdır?

- Qardaşlıq bayramı. Bu bayramın heç bir dinə, dilə, millətə, məkana, zamana, adət-ənənəyə aidiyyəti yoxdur. Əsasən gənclərimizin çox sevdiyi bir tədbir olsa da, orada hər yaş kateqoriyasından olan insanlar iştirak edir.

Şənlik təşkil edilir, insanlar dəvət olunur, müxtəlif dəyərlərdə hədiyyələrlə adamlar mərasimə gəlir və hər kəsin gözü önündə hədiyyələr qapalı bir qutuya toplanır. Sonra yarışma keçirilir. Bu yarışmada məğlub və məyus olmur, hər kəs həm hədiyyə qazanır, həm də çox yüksək ovqatla şənlənir və bir-birilə dostlaşır.

Hazırda bütün insanların bu bayrama - kimsənin məğlub olmamasına və qazanmasına, şənlənməsinə və sevinməsinə, bir-birilə dostlaşmasına və pozitiv enerjiyə köklənməsinə çox ehtiyacı var. Fikrimcə, bu cür pozitiv fəaliyyətlər dünyanı qaranlıqdan aydınlığa çıxaracaq əməllərdəndir.

- Türk mətbuatına verdiyiniz açıqlamalarda Paraqvay xalqının türk kökənli olduğunu demisiniz...

- Paraqvay xalqı Ural-Altay irqinə aiddir. Eradan əvvəlki dövrlərdə Amerika, Avropa qitələri arasında bir əlaqə olub və insanların Qərbdən köç edərək Paraqvayda yerli xalqa qarışıb. Paraqvaylılar hibrid bir xalqdır və iki rəsmi dildə danışır: ispan və quarani. Bu dildə danışarkən tələffüz türk dili ilə eynidir. Bizim türklərlə eyni ailəyə aid olmaq ehtimalımız var. Bizdə monqol işarələri var. Məsələn, “I” su deməkdir. Müxtəlif mərhələlər mövcuddur: ispanlar Paraqvaya gəlib hindlilərlə evlənib, qaynayıb-qarışdılar. Sonra xeyli sayda miqrant Osmanlı Türkiyəsindən gəldi. Onlar da Paraqvayda evləndilər.

- Cənab səfir, Paraqvayla Azərbaycan arasında ticarət münasibətləri mövcuddurmu? Səfir olaraq bu sahədə əsas prioritetləriniz nədir?

- Hələlik yoxdur. Amma biz ümumiyyətlə iş imkanlarından da faydalanmaq istəyirik. Paraqvayın gəlir mənbəyi dana əti, soya paxlası, enerji ixracı, qarğıdalı və düyüdür. Paraqvayda 7 milyon insan yaşayır, lakin biz 18 milyon insana məhsul ixrac edirik. Azərbaycandan isə gübrə, neft məhsulları, xırdabuynuzlu heyvan almaq istəyirik.

Növbəti dəfə Bakıya rəsmi səfərimdə yerli biznesmenlərlə işgüzar görüşlər keçirməyi planlaşdırıram. Çünki biz Azərbaycandan olan iş adamları ilə əməkdaşlıq etmək istəyirik.

Təbii ki, təhsil sahəsində təqaüd proqramına da önəm veririk. Hazırda Paraqvay universitetləri Azərbaycan universitetləri ilə əməkdaşlığa hazırdır. Bu sahədə mübadilə proqramını rəsmi olaraq qurmaq istəyirik.

- Bilirsiniz ki, Azərbaycan 2020-ci ildə torpaqlarını Ermənistan işğalından azad edib. Ermənistanla sülh sazişinin bağlanması üçün Azərbaycan cəhdlərini davam etdirir. Paraqvay səfiri olaraq bu prosesi necə qiymətləndirirsiniz?

- Mən Qarabağı növbəti ziyarətimdə görmək istəyirəm. Etimadnaməmin təqdimatından sonra Qarabağı ziyarət edəcəyəm. Paraqvay münaqişə məsələsində hər zaman BMT-nin qətnamələrini dəstəkləyib.

- Cənab səfir, Paraqvayın Azərbaycanda səfirlik binasının açılması gözlənilirmi?

- Azərbaycanın iqamətgahı Buenos-Ayresdə olan Argentina və Paraqvaydakı səfiri Rəşad Aslanovla yaxın münasibətlərimiz var. Çünki biz ikimiz də ölkələrimizi Cənubi Koreyada təmsil etmişik. Biz öncə Azərbaycanda fəxri konsulluq açmaq istəyirik. Gələcəkdə isə rəsmi səfirliklər də fəaliyyətə başlaya bilər.

Paylaş

Xəbər lenti

"Qarabağ"ın qapıçısı zədə səbəbindən 8 ay futboldan uzaq qalacaq Bu gün, 14:44 HƏMAS hərəkatın Qəzzada danışıqlara son qoymaq qərarına dair xəbərləri təkzib edib - YENİLƏNİB Bu gün, 14:40 Qaxda avtomobil qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB Bu gün, 14:39 "Sabah" Konfrans Liqasındakı ilk matçına getmək istəyən azarkeşləri avtobus və biletlə təmin edəcək Bu gün, 14:31 Peskov: Rusiya və ABŞ dərin qarşıdurma mərhələsindədir Bu gün, 14:25 Trampa qarşı terror cəhdi - ABŞ-nin düşməni həmişə qapıdadır Bu gün, 14:12 Xesus Navas Avropa çempionatından sonra milli karyerasını bitirəcək Bu gün, 14:08 Bu gün ali məktəblərə I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib - YENİLƏNİB Bu gün, 14:00 I və IV qruplara qəbul imtahanında istifadə olunmuş tapşırıqların doğru cavabları açıqlanıb Bu gün, 13:59 Sabahkı hava meteohəssas insanlar üçün əlverişsiz olacaq Bu gün, 12:58 Kiçik Robert Kennedi Trampa hücumu atası və əmisinə sui-qəsdlə müqayisə edib Bu gün, 12:55 Rafael Varan İtaliya klubu ilə anlaşıb Bu gün, 12:47 Rusiya XİN: ABŞ-də prezidentlərə hücumlar ənənə halını alıb Bu gün, 12:42 ÇXR Sədri Trampa qarşı sui-qəsd cəhdinə görə narahatlığını ifadə edib Bu gün, 12:36 ABŞ-də siyasi mübarizə sui-qəsd cəhdi ilə daha da qızğın xarakter alacaq - RƏY Bu gün, 12:30 "Araz-Naxçıvan" iki futzalçısı ilə müqavilə müddətini uzadıb Bu gün, 12:25 Çin Müdafiə Nazirliyi: Rusiya ilə birgə Sakit okeanda patrul fəaliyyəti heç kimə qarşı yönəlməyib Bu gün, 12:21 AVRO-2024: İspaniya millisi rekorda, İngiltərə ilk çempionluğa doğru Bu gün, 11:53 İmişlidə qəza nəticəsində 9 yaşayış məntəqəsi qazsız qalıb  Bu gün, 11:48 Ekspert: Sui-qəsd cəhdindən sonra Trampın seçkidə qalib gəlmək şansı artıb Bu gün, 11:47 Finlandiya hakimiyyəti Trampa hücumu pisləyib Bu gün, 11:40 HƏMAS atəşkəslə bağlı danışıqların dayandırıldığını elan edib Bu gün, 11:27 Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə bu il 232 məzun məktəbi fərqlənmə attestatı ilə bitirib Bu gün, 11:23 Zaxarova: Putinə sui-qəsd cəhdləri ABŞ-nin pulları ilə hazırlanıb Bu gün, 11:15 Bakı Hərbi Kollecində “Məşəl kimi yanan ürək” adlı tədbir keçirilib Bu gün, 11:05 Tovuzda avtomobildə çaya düşərək batdıqları ehtimal olunan 2 nəfərin axtarışları davam etdirilir Bu gün, 11:03 Səmayə Həşimova: Polad Azərbaycan xalqının övladı, mən isə bütün şəhidlərin anasıyam Bu gün, 10:49 Prezident İlham Əliyev: Donald Trampa qarşı siyasi zorakılıq aktını şiddətlə qınayırıq Bu gün, 09:53 Türkiyədə qırmızı bülletenlə axtarılan terrorçular zərərsizləşdirilib Bu gün, 09:45 Azərbaycan millisi Avropa çempionatında bu gün final matçına çıxacaq Bu gün, 09:37 Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasından 26 il keçir Bu gün, 09:22 FTB: Trampa atəş açan şəxsin şəxsiyyəti müəyyənləşdirilir Bu gün, 09:12 Bakının mərkəzində restoran yanıb Bu gün, 09:04 Salyanda 6 yaşlı uşaq yanıq xəsarətləri alıb Bu gün, 09:01 NYT: Trampın yaralanması ilə bağlı konspiroloji nəzəriyyələr yayılmağa başlayıb Bu gün, 08:54 Abşeron rayonunda yol qəzası olub, xəsarət alan var Bu gün, 08:28 FTB Trampa edilən hücumu “sui-qəsd cəhdi” kimi təsnifatlandırıb Bu gün, 08:09 AVRO-2024: Bu gün çempion müəyyənləşəcək Bu gün, 07:45 Tokayev Trampa edilən sui-qəsd cəhdini pisləyib Bu gün, 07:43 Bayden Trampa zəng edib Bu gün, 07:05 DİM: 2500-dən çox namizədin peşəkar mühasib sertifikatı imtahanı verməsi gözlənilir Bu gün, 06:45 Amerika Kuboku: Uruqvay Kanadanı yenərək üçüncü olub Bu gün, 06:22 Bu gün ali məktəblərə I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirilir Bu gün, 06:05 Xronika: "Qərbi azərbaycanlıların siyahıya alınması yekunlaşıb, torpaqlarına könüllü qayıdacaqlar" Bu gün, 05:47 Trampdan hücumdan sonra ilk açıqlama: Güclü qanaxmam var idi Bu gün, 05:13 Donald Trampın mitinqindəki silahlı insidentin təfərrüatları məlum olub - YENİLƏNİB Bu gün, 04:41 Bayden Trampa edilən sui-qəsd cəhdini pisləyib Bu gün, 04:04 CBS: Trampa atəş açmaqda şübhəli bilinən şəxs öldürülüb Bu gün, 03:37

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR