Ötən il Xəzər rayonu ərazisində yerləşən "Türkan-I" və "Türkan-II" əhəngdaşı yataqlarında icazə sənədi olmadan 9 qanunsuz hasilat faktı müəyyən edilib.
Bu barədə “AVESTA.AZ”a Dövlət Mineral Xammal Ehtiyatları İstifadə Agentliyindən bildirilib.
Məlumat görə, bu hallar əsasında 9 akt və 8 inzibati xəta haqqında protokol tərtib olunub. 2024-cü ildə isə həmin yataqlarda icazə sənədi olmadan 7 qanunsuz hasilat faktı müəyyənləşdirilib.
Agentlik, yer təkindən istifadə və onun mühafizəsi sahəsində qanunvericiliyə əməl edilməsinə nəzarəti həyata keçirmək məqsədilə ölkə üzrə faydalı qazıntı yataqlarında monitorinq və nəzarət tədbirlərini davam etdirir. Dağ-mədən sənayesinə məxsus sahələrdə qeyri-qanuni istismar fəaliyyətlərinə qarşı intensiv mübarizə aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.