
Xırdalanda yaşayış binasında yanğın olub.
Bu barədə "AVESTA.AZ"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Abşeron rayonunun Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsindən 10-cu mərtəbəsinə kimi şaxtadan keçən elektrik kabelləri 3 p.m yanıb.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzillərdən 4-ü uşaq olmaqla 12 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.
Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.