
Azərbaycanın 20 yaşadək oğlan basketbolçulardan ibarət yığması Avropa çempionatının B divizionunda bu gün mübarizəyə başlayacaq.
"AVESTA.AZ" xəbər verir ki, B qrupunda qərarlaşan milli ilk matçını Portuqaliyaya qarşı keçirəcək.
Görüş Bakı vaxtı ilə saat 21:30-da başlayacaq. İspaniyalı məşqçi Alberto Blankonun rəhbərlik etdiyi milli Portuqaliya, Niderland, Böyük Britaniya və İrlandiya yığmaları ilə eyni qrupda yer alıb.
Qeyd edək ki, Avropa çempionatı Rumıniyanın Piteşti şəhərində iyulun 12-dən 21-dək keçiriləcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.