
Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrini ümumi təhsil pilləsinin müxtəlif səviyyələri üzrə bitirən şagirdlərə təhsil haqqında dövlət sənədlərinin verilməsinə başlanılıb.
Bu barədə "Report"un yerli bürosuna Şirvan-Salyan Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin XI sinfi üzrə 4396, IX sinfi üzrə isə 6549 nəfər şagird üçün attestat müəyyənləşib.
Məzunlardan 232 nəfəri məktəbi fərqlənmə attestatı ilə bitirib. Onlardan 75 nəfər ümumi orta təhsil səviyyəsi üzrə, 157 nəfər isə tam orta təhsil səviyyəsi üzrə təhsilini fərqlənmə attestatı ilə başa vurub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.