
Azərbaycanı Macarıstanın Debretsen şəhərində keçirilən 5-ci Avropa Universitet Oyunlarında təmsil edən İdman Akademiyasının futzal komandası 1/4 finala vəsiqə qazanıb.
"Report" xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Azərbaycan komandası qrup mərhələsində Macarıstan, Almaniya və Polşa təmsilçilərini məğlub edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.