15-07-2024, 12:31 610

Vüqar Əliyev: “COP29 zamanı “Sədərək” gömrük postunda qonaqlara operativ xidmət göstəriləcək” - MÜSAHİBƏ

Son illər Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsində xeyli sayda islahatlar həyata keçirilib. Bu islahatlar bu gün də davam etdirilir. Məhz, reallaşdırılan bu islahatlar nəticəsində İdarə tərəfindən qeydə alınan idxal və ixrac əməliyyatlarının həcmi artıb, gömrük ödənişlərinin toplanmasında və dövlət büdcəsinə köçürülməsində böyük irəliləyişlər qeydə alınıb. Naxçıvan Baş Gömrük İdarəsi gələcəkdə görüləcək işlərlə bağlı hədəflərini də müəyyənləşdirib. Həmçinin, İdarə bu ilin noyabr ayında Azərbaycanda baş tutacaq COP29 ilə bağlı da hazırlıqlar görür.

Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin rəisi Vüqar Əliyev “AVESTA.AZ”a müsahibəsində görülən işlər və planları barəsində danışıb. Həmin müsahibəni təqdim edirik:

- Vüqar müəllim, son bir il ərzində Naxçıvan Baş Gömrük İdarəsində, həmçinin bu ilin ilk 6 ayında hansı işlər görülüb?

- Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsi öz fəaliyyətini mövcud qanunvericiliyin tələblərinə və Azərbaycan Gömrük Xidmətinin Fəaliyyət Proqramına uyğun şəkildə qurub. Belə ki, güclü və güvənli hüquq-mühafizə tədbirlərinin görülməsi, rəqəmsal gömrük sisteminin yaradılması, büdcə daxilolmalarında gömrük ödənişlərinin dayanıqlığının təmin edilməsi, o cümlədən idxal-ixrac əməliyyatlarının rəsmiləşdirilməsinin sadələşdirilməsi, ticarətin asanlaşdırılması, xarici ticarətin və gömrük sərhədindən mal dövriyyəsinin, o cümlədən tranzit yük daşımalarının artırılması, çevik idarəetmə sisteminin tətbiqi, sahibkarlığın inkişafı və şəffaf biznes mühitinin formalaşması istiqamətində görülən tədbirlər öz müsbət nəticəsini verib.

Bu ilin yanvar-iyun aylarında Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən qeydə alınan idxal əməliyyatlarının həcmi 60 milyon 890 min ABŞ dolları, ixrac əməliyyatlarının həcmi isə 5 milyon 12 min ABŞ dolları dəyərində olub.

Baş İdarə tərəfindən cari ilin ilk 6 ayı ərzində arxivlənən bəyannamələr və qeydə alınan nəqliyyat vasitələri üzrə 52 milyon 626 min manat məbləğində gömrük ödənişləri toplanılıb. Toplanılmış gömrük ödənişləri 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1 milyon 864 min manat və ya 3,7 % çox olub. Bu ilin yanvar-iyun aylarında dövlət büdcəsinə Baş İdarə tərəfindən 27 milyon 433 min manat vəsait toplanaraq köçürülüb.

-Bu müddət ərzində Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən nə qədər hüquqpozma faktları aşkar edilib?

- Gömrük orqanları fiskal siyasətlə yanaşı, eyni zamanda hüquq mühafizə fəaliyyətini də həyata keçirir. 2024-cü ilin birinci yarımili ərzində Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən gömrük işi sahəsində cinayət xarakterli hüquqpozma hallarına yol verdiklərinə görə 21 fakt üzrə 21 şəxs barəsində cinayət işləri başlanaraq istintaq aparılıb. Həmin cinayət işləri üzrə təqsirləndirilən şəxslərin 15-i xarici ölkələrin vətəndaşları olub.

Gömrük işinin digər sahələrində olduğu kimi narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz dövriyyəsinə qarşı da mübarizə aparılır.

Bu ilin 6 ayı ərzində müxtəlif növ narkotik vasitələr, psixotrop və güclü təsir edən maddələrin qaçaqmalçılığının qarşısı alınıb. Bu il 21 kq 505,845 qram narkotik vasitə-heroin dövriyyədən çıxarılıb.

- İdarənin strukturunda hansı dəyişikliklər edilib və daha hansı gözləntiləriniz var?

- Naxçıvan Baş Gömrük İdarəsi yeni struktur tərkibdə fəaliyyət göstərməyə başlayıb. Keçirilən optimallaşdırma tədbirlərinin davamı olaraq bütün gömrük əməliyyatlarının həyata keçirilməsi Naxçıvan şəhərində yerləşən vahid mərkəzdə - Rəsmiləşdirmə Mərkəzində toplanıb. Rəsmiləşdirmə Mərkəzində mal və nəqliyyat vasitələrinin eyniləşdirilməsi üçün fəaliyyət göstərən Naxçıvan Karqo Teminalı gömrük postu, gömrük anbarları, xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) kodlarının müəyyənləşdirilməsi və bir çox mallar üzrə ekspertiza rəylərinin alınması üzrə fəaliyyət göstərən Gömrük Laboratoriyası, vətəndaşların gömrük ödənişlərini rahat ödəməsi üçün müxtəlif terminallar və bank xidməti mövcuddur. Bütün bunların vahid məkanda olması həm vətəndaşlara, həm də biznes subyektlərinə bərabər səviyyədə tam açıq və əlçatan xidmətin göstərilməsinə xidmət edir, həmçinin vətəndaşlar və biznes subyektləri üçün istifadəçi yönümlü, rahat və vaxt itkisinə səbəb olmayan həll və alətlərin tətbiqinə geniş imkan yaradır.

Ölkəmizdə həyata keçirilən irimiqyaslı iqtisadi islahatlar çərçivəsində gömrük xidməti ona həvalə edilmiş vəzifələrin vaxtında və keyfiyyətlə icrasına nail olmaq məqsədilə öz fəaliyyətini “Gömrük İNKİŞAF modeli”nə uyğun olaraq davam etdirir. Məhz bu modelə uyğun olaraq, Komitə tərəfindən vətəndaş və biznes subyektləri üçün şəffaf, asan və faydalı bir sıra layihələr həyata keçirilib. Yeni layihələrin tətbiqi ilə bağlı sahibkarlıq subyektlərinin məlumatlandırılması üçün Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən xarici ticarət iştirakçıları və gömrük təmsilçiləri ilə mütəmadi olaraq görüşlər keçirilməkdədir.

Azərbaycan Prezidentinin 5 iyun 2023-cü il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın Tədbirlər Planında Dövlət Gömrük Komitəsi üzrə müəyyən olunan məsələlərin icrası ilə bağlı Naxçıvan Baş Gömrük İdarəsi üzrə işlər davam etdirilir.

- Bu ilin noyabr ayında Azərbaycanda baş tutacaq COP29 çərçivəsində Naxçıvan Baş Gömrük İdarəsində hansı işlər aparılır?

- Noyabr ayında ölkəmiz mötəbər bir tədbirə ev sahibliyi edəcək. Bu tədbirlə bağlı “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında” Azərbaycan Prezidentinin 2024-cü il 13 yanvar tarixli Sərəncamının icrasını təmin etmək məqsədilə Komitə sədrinin Sərəncamı ilə “COP29-Gömrük Komissiyası” yaradılıb, həmçinin Tədbirlər Planı təsdiq olunub.

Mən də Baş İdarə rəisi kimi komissiyanın üzvü olaraq bu Tədbirlər Planında qeyd olunan – etibarlı və sadə qaydada gömrük nəzarətini formalaşdıran tədbirlərin təşkil edilməsi, gömrük sərhəd-buraxılış məntəqələrinə daxil olan malların operativ qaydada müvəqqəti yaradılan gömrük postuna yönləndirilməsi işinin təmin edilməsi, aidiyyəti gömrük sərhəd-buraxılış məntəqələrində əməkdaşların fəaliyyətinin əlaqələndirilməsi işinin təşkil edilməsi, aidiyyəti gömrük sərhəd-buraxılış məntəqələrində elektron tablolarda xarici dillərdə gömrük qaydalarına dair məlumatların yerləşdirilməsi bağlı hazırlıqlarımız davam etdirilir.

Tədbirlə bağlı “Sədərək” gömrük postundan keçməklə ölkəmizə səfər edəcək qonaqların qarşılanması və operativ xidmət göstərilməsi üçün tədbir müddəti könüllülərin aidiyyatı işlərə cəlb edilməsi, gömrük sərhəd-buraxılış məntəqələrində gömrük mühafizə tədbirlərinin gücləndirilməsi və s. kimi məsələlər diqqətdə saxlanılmaqla işlər görülür.

Paylaş

Xəbər lenti

Bir telekanalın yayımı dayandırıldı Bu gün, 22:48 Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib Bu gün, 22:48 Özcan Deniz, Burcu Özberk və Deniz Çakırın ifadələri mətbuata açıqlandı Bu gün, 22:48 Gecələr az yatmağın səbəbi bu vitamin çatışmazlığı ola bilər - ARAŞDIRMA Bu gün, 22:48 Simonyan Azərbaycana səfəri zamanı ikitərəfli məsələləri müzakirə etmək niyyətindədir Bu gün, 22:48 Urudun susdurulan yaddaşı: Daşlara həkk olunan tarix Bu gün, 21:48 Gələn il maaşdan nə qədər vergi tutulacaq? - AÇIQLAMA Bu gün, 21:48 Ruslan Ənvərliyə vəzifə verildi Bu gün, 21:48 Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi Bu gün, 20:48 Maşın almaq istəyənlərə MÜJDƏ - Bu tarixdə dəyərindən çox ucuz avtomobillər satışa çıxarılacaq Bu gün, 20:48 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək Bu gün, 20:48 Arvadını iki kişi ilə yaxalayan 49 yaşlı iş adamı evində ölü tapıldı Bu gün, 20:48 SOCAR-da ilin ilk 6 ayı üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə edilib Bu gün, 20:48 Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib Bu gün, 19:48 "Sabah"a 2 qol vuran Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib Bu gün, 19:48 Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb Bu gün, 19:48 Bu ərazidə 960 şagirdlik yeni məktəb-lisey TİKİLƏCƏK Bu gün, 19:48 AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Bu gün, 19:48 "Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır Bu gün, 19:48 "Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Bu gün, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Bu gün, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Bu gün, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Bu gün, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Bu gün, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Bu gün, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Bu gün, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Bu gün, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Bu gün, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Bu gün, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Bu gün, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Bu gün, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Bu gün, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Bu gün, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Bu gün, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Bu gün, 17:48 57 yaşlı Cennifer Lopez belə formada qalır Bu gün, 17:48 Qazaxıstanda təhlükəli virus yayılması barədə iddialara cavab verildi Bu gün, 17:48 Avropa ölkəsində elektrik enerjisi çatışmazlığı riski artıb Bu gün, 17:48 Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Bu gün, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Bu gün, 16:48 Məşhur xanəndənin qayınanası: "Adını eşidən kimi sevinirəm" Bu gün, 16:48 Azərbaycan neft ixracından gəlirlərini 12 %-dən çox artırıb Bu gün, 16:48 Azərbaycanda nəvə babasının evini qarət etdi Bu gün, 16:48 Xətaidə çoxmərtəbəli yaşayış binasında YANĞIN Bu gün, 16:48 Murat Ülker "Azersun Holding"in rəhbərliyi ilə görüşüb Bu gün, 16:48 Çingiz Mustafayev: "Azərbaycanda düşünmürəm ki, kiminsə mənim mahnılarıma ehtiyacı ola" Bu gün, 16:48 İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - RƏSMİ Bu gün, 15:48 SOCAR ilə Schneider Electric arasında Anlaşma Memorandumu imzalanıb Bu gün, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR