
ABŞ-da ehtiyatların əhəmiyyətli dərəcədə artması nefti ucuzlaşdırıb.
“AVESTA.AZ” birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin noyabr fyuçersləri 0,52 % ucuzlaşaraq 1 bareli 92,71 ABŞ dollarına satılıb. WTI neftinin oktyabr fyuçerslərinin qiyməti isə 0,49 % aşağı düşərək 1 bareli 91,55 ABŞ dolları təşkil edib.
Amerika Neft İnstitutunun (API) məlumatına görə sentyabrın 9-dək olan həftə ərzində ABŞ-da neftin kommersiya ehtiyatları 6 milyon barel artıb. Analitiklər isə ehtiyatların 200 min barel azalacağını gözləyirdilər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.