
Bu gündən "Azərbaycan Hava Yolları" QSC Bakıdan Füzuliyə müntəzəm reyslərin həyata keçirilməsinə başlayır.
"AVESTA.AZ" AZAL-a istinadən xəbər verir ki, uçuşlar çərşənbə və şənbə günləri Heydər Əliyev Beynəlxalq Aeroportu, Terminal 2-dən həyata keçiriləcək.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollegiyasının qərarına əsasən biletlərin qiyməti bir tərəfə 78 manat təyin edilib. Bu qiymətə 10 kq-a qədər əl yükü və 23 kq-a qədər baqaj daxildir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.