
İtaliyanın "Verona" klubunun müdafiəçisi Xuan Kabal A Seriyasının digər komandası "Yuventus"a transfer olunub.
"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 23 yaşlı futbolçu tibbi müayinədən keçmək üçün artıq Turin şəhərinə yollanıb.
"Yuventus" kolumbiyalı futbolçunun transferi üçün 10 milyon avro ödəyəcək. Anlaşmaya əsasən "Verona" bonus olaraq daha 2 milyon avro qazanacaq.
Qeyd edək ki, 2022-ci ildən "Verona" klubunun formasını geyinən X.Kabal bu müddət ərzində 33 oyunda meydana çıxıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.