18-07-2024, 16:23 561

Azərbaycan turizmi bazara niyə müasir vasitələrlə çıxa bilmir?

Hər bir sahədə olduğu kimi, turizmdə də uğur qazanmaq, bu sahəni inkişaf etdirmək üçün müasir vasitələrdən istifadə olunması vacibdir.

Bu baxımdan onlayn rezervasiya və rəqəmsal marketinq xüsusi qeyd olunmalıdır.

Bununla belə, təcrübə göstərir ki,Azərbaycan turizmi bazara çıxmaq üçün müasir vasitələrdən elə də istifadə etmir, məhsul və xidmətlərini kor-koranə təqdim edir. "AVESTA.AZ" bunun səbəblərinə aydınlıq gətirməyə çalışıb.

"Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası"nın İdarə Heyətinin sədri, eyni zamanda "Azərbaycan Ekoturizm Assosiasiyası"nın icraçı direktoru Samir Dübəndi deyir ki, Azərbaycanda turizm sektorunun inkişafı üçün onlayn rezervasiya və rəqəmsal marketinq sahəsində ciddi islahatlar və yeni yanaşmalar tələb olunur: “Bu prosesdə yerli bazarın mənafeyinin qorunması, rəqabət qabiliyyətinin artırılması və turizm obyektlərinin daha geniş onlayn təmsil olunması kimi məsələlər əsas prioritetlərdir. Turizm obyektlərinin onlayn rezervasiya sistemlərində, xüsusən də "Booking", "Airbnb" kimi platformalarda kifayət qədər təmsil olunmaması və rəqəmsal marketinq sahəsində çatışmazlıqların olması sektorda irəliləyişə mane olur”.

Bununla yanaşı, onun fikrincə, əldə olunan gəlirin 25-35 %-ni onlayn platformalara xərcləməkdənsə, yerləşdirmə vasitələri və turizm şirkətləri arasında əməkdaşlığın artırılması daha məqsədəuyğundur: “Bu yanaşma, turizm fəaliyyətlərinin tənzimlənməsi, sivil biznesin formalaşması, xarici xərclərdən qaçaraq digər metodlardan istifadə edilməsi və yerli bazarın mənafelərinin qorunması kimi məsələləri əhatə edir. Azərbaycanda turizm sektorunda parakəndəlik hökm sürür və internet üzərindən satış kanalları olan bir sıra onlayn səyahət agentlikləri və qlobal distribusiya Sistemləri mövcuddur. Məsələn, "Amadeus", "Expedia", "Ostrovok", "Airbnb", "Bronevik" kimi populyar resurslar bu kanallara daxildir. Lakin yüksək ulduzlu hotellər seqmentində satış kanallarının tənzimlənməsi sistem şəklində həyata keçirilir və bu iş üçün müvafiq əməkdaşlar ayrılır, departament yaradılır. Bunun əksinə olaraq, aşağı ulduzlu hotellər və digər yerləşdirmə vasitələri seqmentində satış kanallarının qurulması zəifdir və tez-tez səhvlərlə, hətta bəzi hallarda dələduzluqla müşahidə olunur”.

"Azərbaycan Turizm Agentlikləri Assosiasiyası" (ATAA) İctimai Birliyinin sədri Göydəniz Qəhrəmanov isə deyir ki, yerli hotellərin əksəriyyəti onlayn rezervasiya saytlarında qeydiyyatdan keçib: "Bu sahədə bir çətinlik olmamalıdır. Əgər belə bir çətinlik varsa, bu, hotellərin qeyri-peşəkar yanaşmasıdır. Çünki hotellərin çoxu bilir ki, bu sistemlər var, onların üzərindən elanlar verə və satışlarını həyata keçirə bilərlər. Bu onlayn şirkətlərin Azərbaycanda nümayəndəliyinin olması, onların burada qeydiyyatda olması daha məqsədəuyğundur. Çünki xaricdə qeydiyyatda olmaq sağlam rəqabəti bir az pozur. Odur ki, həlli yolu onlayn aqreqatorların Azərbaycanda qeydiyyatdan keçməsidir. Bu halda imkanlar və şərait hamı üçün eyni olacaq”.

Paylaş

Xəbər lenti

Kəmalə Qaramollayevanın "Dünyam" konsertindən GÖRÜNTÜLƏR Bu gün, 01:48 Avropa Komissiyası ABŞ-nin Aİ ilə bağlı istehsal iddiasını rədd edib Bu gün, 01:48 Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər Bu gün, 01:48 Cəlilabad rayonunun bir hissəsi susuz qalıb Bu gün, 01:48 Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48 Azərbaycanda qadını vəhşicəsinə döyən şəxs polis tərəfindən saxlanılıb Dünən, 23:48 ABŞ-də lotereyada 1 milyon dollar qazanan miqrant saxlanıldı Dünən, 23:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə matçda fərqi azaldıb Dünən, 23:48 Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda Dünən, 23:48 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Dünən, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Dünən, 22:48 "Sabah" - "Barselona" qarşılaşmasında hesab açıldı Dünən, 22:48 "Sabah" - "Barselona" matçında stadiona girişdə problem yaranıb Dünən, 22:48 Azərbaycanda bu şəxslərin evləri TƏMİR EDİLƏCƏK Dünən, 22:48 Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Dünən, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Dünən, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Dünən, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Dünən, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Dünən, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Dünən, 21:48 PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Dünən, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Dünən, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Dünən, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Dünən, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Dünən, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Dünən, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Dünən, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Dünən, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Dünən, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Dünən, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Dünən, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Dünən, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Dünən, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Dünən, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Dünən, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Dünən, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Dünən, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Dünən, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Dünən, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Dünən, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Dünən, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Dünən, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Dünən, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Dünən, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR